Foqts millinin heyətini açıqladı

Foqts millinin heyətini açıqladı
ÖLKƏ FUTBOLU 26 Aprel 2012 / 16:31 2979
-  A +

Milli komandanın mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində, mayın 24-dən 31-dək isə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı, mayın 23-də Yaponiya, mayın 30-da isə Andorra yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Qeyd edək ki, uzun illik fasilədən sonra "Neftçi" klubunun qapıçısı Rauf Mehdiyev milliyə çağırılıb. Almaniyalı baş məşqçi Berti Foqts "Sumqayıt"ın qapıçısı Andrey Popoviçə isə dəvət göndərməyib. Popoviçin əvəzinə "Turan" klubundan Anar Nəzirov milliyə dəvət alanlar sırasındadır.

Kamran Ağayev – «Xəzər Lənkəran»
Anar Nəzirov – «Turan»
Mehdiyev Rauf – «Neftçi»
Rəşad Sadıqov – «Qarabağ»
Volodimir Levin – «İnter»
Ruslan Abışov – «Neftçi»
Vurğun Hüseynov – «Qəbələ»
Maksim Medvedev – «Qarabağ»
Ufuk Budak – «Frayburq» (Almaniya)
Ruslan Əmircanov – «Neftçi»
Aleksandr Çertoqanov – «Qəbələ»
Aqil Nəbiyev – AZAL
Rahid Əmirquliyev – «XəzərLənkəran»
Mahir Şükürov – «Qəbələ»
Elvin Məmmədov – «Bakı»
Rizvan Umarov – «Elche» (İspaniya)
Cavid İmamverdiyev – «Neftçi»
Branimir Subaşıç – «XəzərLənkəran»
Vüqar Nadirov – «Qarabağ»
Rauf Əliyev – «Qarabağ»
Cihan Özkara – «Sivasspor» (Türkiyə)
 
Ehtiyat oyunçular:
Aqil Məmmədov – «Bakı»
Bədavi Hüseynov – «Sumqayıt»
Hacı Əhmədov – «Sumqayıt»
Murad Ağayev – «Sumqayıt»
Əli Gökdemir – «Hannover 96» (Almaniya)
Uğur Pamuk – «Sumqayıt»

Qeyd: Ehtiyat oyunçular Yaponiya yığması ilə oyuna dəvət olunmayacağı təqdirdə, mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycanın millisinin heyətinə qoşulacaqlar.

Son xəbərlər