"Qalatasaray" - "Fənərbaxça" oyununda "Qəbələ"nin məşqçisinə mükafat veriləcək

"Qalatasaray" - "Fənərbaxça" oyununda "Qəbələ"nin məşqçisinə mükafat veriləcək
ÖLKƏ FUTBOLU 22 Aprel 2012 / 11:54 2137
-  A +

Türkiyə superliqasında bu gün "Qalatasaray"ın "Fənərbaxça"ya qarşı keçiriləcək oyundan əvvəl Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaşa mükafat veriləcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumatda bildirilir ki "Qalatasaray" əfsanələrini xatırlayır" təşkilatı tərəfindən bu mükafat Əli Yavaşa "Qalatasaray"ın aşağı yaş qrupu üzrə komandalarında məşqçi kimi göstərdiyi fəaliyyətə görə təqdim ediləcək.

Oyundan əvvəl Əli Yavaşın tribunadan azarkeşləri salamlayacağı da gözlənilir.

Qeyd edək ki, hazırda Əli Yavaş Qəbələ Futbul Akademiyasının rəhbəri kimi bu klubun aşağı yaş qrupu üzrə komandalarına nəzarət edir.

Daha çox


Son xəbərlər