«Klublarımız əsasən legionerləri oynatmağa üstünlük verirlər. Yerli oyunçuları daha çox oynatmaq lazımdır ki, futbolumuza faydası olsun”. АFFA-nın keçmiş prezidenti Fuad Musayev Qol.Az saytına açıqlamasında belə deyib. Onun sözlərinə görə, milli komandanı düşünmək lazımdır. F.Musayev bildirib ki, hətta bəzi klublar yığmanın üzvlərini belə oynatmırlar və bunun futbolumuza mənfi təsirləri olur. AFFA-nın keçmiş rəhbəri milli komandanın baş məşqçisi Berti Foqtsu dəstəklədiyini dilə gətirib: “Foqts klubların oyunlarda daha çox legionerlərdən istifadə etməsindən, yığma üzvlərinin fiziki durumunun aşağı olmasından şikayətlənib. Alman məşqçi iradlarında tamamilə haqlıdır. Onu dəstəkləyirəm“. F.Musayev indiki futbolçuların əksəriyyətinin özlərini intizamsız aparmasından gileylənib: “Bu, onlara başucalığı gətirmir. Əksinə, gözdən salır. Futbolçular intizamlı olmağa xüsüsi diqqət yetirməlidirlər”.
Hakimlik məsələsinə toxunan F.Musayev bu baxımdan vəziyyətin yaxşı olduğunu qeyd edib. AFFA-nın sabiq prezidenti Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fəaliyyətini müsbət qiymətləndirib: “Xaqani kifayət qədər təcrübəlidir, işinin öhdəsindən layiqincə gəlir. Onun federasiyaya gəlişindən sonra hakimlik sahəsində irəliləyiş nəzərə çarpır. Ümumiyyətlə, hakimlər də insandır və səhv edə bilərlər. Bundan heç bir referi sığortalanmayıb. Ancaq çalışmaq lazımdır ki, xətalar olmasın. Digər tərəfdən, səhv olduqda isə insanları bunun qərəzli olmadığına inandırmaqdır”.
Anar CƏFƏRSOY
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı