Ötən gün İspaniya kubokunun IV turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə "Malyorka" ilə qarşılaşan "Sportinq" (Xixon) rəqibinə məğlub olub. Hər iki hissədə bir qol buraxan meydan sahibləri sonda görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.
Öz meydanında "Selta Veqo"nu qəbul edən "Espanyol" isə inamlı qələbəyə sevinib. Rəqibini 4 dəfə məyus edən meydan sahibləri inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
Madridin "Real" klubu isə kubok matçında aşağı liqa təmsilçisi "Ponferradina"nu sınağa çəkib. Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Yeri gəlmişkən bu oyunda meydana çıxan "Real"ın türkiyəli futbolçusu Nuri Şahin komandada ilk qoluna imza atıb. Üstəlik bu görüşdə "Real"ın heyətində olan bütün türk futbolçular Həmid Altıntop, Nuri Şahin və Məsut Özil də 90 dəqiqə meydanda olublar.
"Sevilya" da kubok matçını qələbə ilə başa vurub. Lakin meydan sahibləri aşağı liqa təmsilçisi "San Roku de Lepe"lə görüşdə çətin qələbə qazanıb. İkinci hissədə iki dəfə fərqlənən "Sevilya" 79-cu dəqiqədə qapısında top görüb. Bununla belə, əndəluslar qələbə hesabını qoruya biliblər - 2:1.
Qeyd edək ki, turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.
20 dekabr
İspaniya kubokunun IV turunun oyunları
"Sportinq" (Xixon) - "Malyorka" - 0:2
Qollar: Menendez, 19-avtoqol (0:1), Nsue, 69 (0:2)
"Espanyol" - "Selta Veqo" - 4:2
Qollar: Veiss, 30 (1:0), Vaskez, 48 (2:0), Mallo, 57-avtoqol (3:0), Rodriqez, 62 (3:1), 90+1 (4:2), Qarsiya, 67 (4:1)
"Real" (Madrid) - "Ponferradina" - 5:1
Qollar: Kallehon, 25 (1:0), 88 (5:1), Nuri Şahin, 44 (2:0), Varane, 49 (3:0), Reyes, 53 (3:1), Xoselu, 79 (4:1)
"Sevilya" - "San Roku de Lepe" - 2:1
Qollar: Kanute, 53-pen (1:0), 61 (2:0), Rodriqez, 79 (2:1)
21 dekabr
"Atletiko" (Madrid) - "Albasete"
"Betis" - "Kordoba"
"Rayo Vallekano" - "Santander"
"Levante" - "Deportiva"
"Malaqa" - "Qetafe"
"Saraqoza" - "Alkorkon"
"Qranada" - "Real" (Sosyedad)
"Vilyareal" - "Mirandes"
"Osasuna" - "Almeria"
"Atletik" (Bilbao) - "Oviedo"
22 dekabr
"Valensiya" - "Kadiz"
"Barselona" - "Hospitalet"
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video