Argentinalı Lionel Messi həqiqətən dünyanın ən yaxşı futbolçusudurmu?
Heyətində «Barselona»lı hücumçunun da olduğu Argentina yığmasının tarixində ilk dəfə Venesuelaya məğlub olmasından sonra məndə belə bir sual yarandı.
Təbii ki, Messinin milli komandada göstərdiyi oyuna və göstəricilərinə əsaslanaraq onun hamıdan yaxşı olduğunu demək çox çətindir.
2009-ci ildə dünyanın ən yaxşı futbolçusu adına yiyələnən və o vaxtdan bu titulu kimsəyə verməyən «Barselona»lı ulduz elə həmin 2009-cu ildən bəri hər il Argentina yığmasında 10-11 oyun keçirərək yalnız 2-3 qol vura bilir...
Həm də Venesuela biabırçılığı Messili Argentinanın ilk uğursuzluğu deyil...
Futbolsevərlərdə «O həqiqətən dünyanın ən yaxşı futbolçusudurmu?» sualını doğura biləcək 10 oyunun siyahısını tərtib etdim.
Siz də bir baxın…
1) Macarıstan - Argentina 1:2
17.08.2005. Yoldaşlıq oyunu
Milli komandada ilk oyunu idi. 64-cü dəqiqədə meydana daxil olan Messi artıq 65-ci dəqiqədə, hələ ki karyerasındə yeganə olan, qırmızı vərəqəylə cəzalandırıldı.
2) Argentina - Braziliya 0:3
03.09.2006. Yoldaşlıq oyunu
Londondakı «Emirates Stadium»da keçirilən və Elanonun 2, Kakanın isə 1 qol vurduğu bu qarşılaşmada Messi və oyundaşları rəqib qarşısında aciz qaldılar.
3) Braziliya - Argentina 3:0
15.07.2007. Venesueladakı «Copa America 2007» turnirinin final oyunu
1993-cü ildən sonra «Copa America»nın qalibi ola bilməyən Argentina ardıcıl ikinci yarışda finala çıxsa da, 2004-cü ildə (2:2, pen. 2:4) olduğu kimi yenə Braziliyaya uduzdu, amma bu dəfə böyük hesabla.
4) Boliviya - Argentina 6:1
01.04.2009. Dünya çempionatı-2010-un seçmə oyunu
Baş məşqçi vəzifəsində əfsanəvi Dieqo Maradonanın, hücumda isə Messinin olmasına baxmayaraq, Argentina yığması tarixindəki ən acı məğlubiyyətdən qaça bilmədi. Bundan əvvəl argentinalılar yalnız 1958-ci ildə Çexoslovakiyaya 1:6 hesabı ilə uduzmuşdular.
5) Argentina - Braziliya 1:3
06.09.2009. Dünya çempionatı-2010-un seçmə oyunu
Messili Argentina komandası Braziliyanın əsas yığmasına qarşı keçirdiyi 4-cü oyunda 3-cü məğlubiyyətini aldı (daha bir qarşılaşma heç-heçə başa çatıb). Özü də argentinalılar 1995-ci ildən sonra ilk dəfə əbədi və barışmaz rəqiblərinə evdə uduzdular.
Messi Braziliya tilsimini yalnız 2010-cu il noyabrın 17-də Dohadakı (Qətər) yoldaşlıq görüşündə yeganə qola imza ataraq komandasına 1:0 hesablı qələbə qazandırmaqla qıra bilib.
6) Paraqvay - Argentina 1:0
10.09.2009. Dünya çempionatı-2010-un seçmə oyunu
Dünya çempionatının seçmə mərhələsində ardıcıl 3-cü məğlubiyyətə uğrayan və nəticədə Cənubi Amerika qrupunda 5-ci pilləyə enən Messinin komandası 2010-cu ildə Cənubi Afrikada keçirilən DÇ-yə getməmək qorxusu yaşadı...
7) Argentina - Almaniya 0:4
03.07.2010. Cənubi Afrikadakı Dünya çempionatı-2010-un 1/4 final oyunu
Argentina ardıcıl ikinci dünya çempionatında Almaniya yığması tərəfindən dayandırıldı. 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirin favoritlərindən biri olan Messinin komandası 1/4 finalda 0:4-lə rüsvay oldu. Argentinanın 1958-ci ildən başlayan rəqabətdə ilk dəfə Almaniyaya belə hesabla uduzduğunu da xatırladım.
Messiyə gəlincə, dünya çempionatındakı uğursuz çıxışına baxmayaraq, 2010-cu ilin «Qızıl top»unu da məhz o qazandı.
8) Argentina - Boliviya 1:1
02.07.2011. Argentinadakı «Copa America 2011» turnirinin qrup oyunu
Messi və oyundaşları 1987-ci ildən sonra ilk dəfə Argentinada keçirilən «Copa America»da azarkeşlərini sevindirə bilmədilər. Onlar Boliviya ilə ilk qrup oyununda məğlubiyyətdən çox çətinliklə qurtuldular.
9) Argentina - Uruqvay 1:1, pen. 4:5
16.07.2011. Argentinadakı «Copa America 2011» turnirinin 1/4 final oyunu
Bəlkə də bu oyunu bu siyahıya daxil etmək düzgün deyil. Çünki 18-ci dəqiqədə Qonzalo İquainin vurduğu qolun ötürməsini verən Messi matç sonrası penaltilər seriyasında da komandasının ilk qoluna imza atıb.
Amma digər tərəfdən, «Barselona»lı forvardın səyləri də qələbə üçün kifayət etməyib və komandası uduzubsa, təbii ki, oyunçu da məğlub sayılır. Həm də unutmayaq ki, vətənində keçirilən turnirdə yarımfinala çıxa bilməmək Argentina üçün böyük biabırçılıqdır.
10) Venesuela - Argentina 1:0
12.10.2011. Dünya çempionatı-2014-ün seçmə oyunu
Dünya çempionatı-2014-ün seçmə turnirinə Çilini 4:1 hesabı ilə məğlub etməklə başlayan argentinalılar ikinci oyunda gözlənilməz bir nəticəyə məyus oldular. Venesuela yığmasının bundan əvvəlki görüşlərdə yalnız uduzduğu Argentinaya tarixində ilk dəfə qalib gəlməsinə hətta Messi də əngəl ola bilmədi.
Rasim MÖVSÜMOV
FİFA Ballon d’Or və UEFA Best Player in Europe mükafatlarının jüri üzvü
P.S. Messi həqiqətən dünyanın ən yaxşı futbolçusudurmu?
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video