Dmitri Xoxlov: “Dünya çempionatına getmək istəyiriksə, Azərbaycanı məğlub etməliyik”

XƏBƏR 27 Mart 2009 / 14:32 2795
-  A +

Moskva “Dinamo”sunun hazırkı, Rusiya millisinin isə sabiq yarimmüdafiəçisi Dmitri Xoxlov da “Sport Ekspress”ə verdiyi açıqlamasında Rusiya - Azərbaycan matçına toxunub. Qol.Az-ın məlumatına görə Xoxlov, millimizi məğlub etməyin çox vacib olduğunu deyib: “Onu dəqiq bilirəm ki, oyunu canlı olaraq stadiondan yox, televiziya vasitəsiylə izləyəcəyəm. Matça gəlincə, əgər Rusiya millisi dünya çempionatına getmək istəyirsə, Azərbaycanı da məğlub etməlidir, Lixtenşteyni də. Əgər sabahkı matçda millimiz xal itirsə bu, çox pis olacaq”.


Son xəbərlər