UEFA “Qalatasaray”ı avrokuboklara buraxmamaqla hədələdi

UEFA “Qalatasaray”ı avrokuboklara buraxmamaqla hədələdi
DÜNYA FUTBOLU 12 Sentyabr 2011 / 17:08 3066
-  A +

UEFA-dan “Qalatasaray”ın ünvanına şok məktub daxil olub. Qol.Az-ın məlumatına görə, qitənin ali futbol qurumu İstanbul klubunu avrokuboklardan kənarlaşdırmaqla hədələyib.

Xatırladaq ki, “Cim-Bom”un hazırda 200 milyon avro borcu var. Buna baxmayaraq, klub rəhbərliyi mövsümün əvvəlində ümumilikdə 100 milyon avroluq transferlər həyata keçirib. Bunu nəzərə alan UEFA “sarı-qırmızılı” klubun rəhbərliyinə ciddi şəkildə xəbərdarlıq edib. Qurum “Qalatasaray”ı tez bir zamanda borclarını ödəməyə çağırıb.

UEFA onu da bildirib ki, əgər “Cim-Bom” 2013-14-cü illər mövsümünə də bu borcla başlayarsa, onda komanda avrokuboklara buraxılmayacaq.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu