UEFA Superkubokunu “Barselona” qazandı (YENİLƏNİB)

UEFA Superkubokunu “Barselona” qazandı (YENİLƏNİB)
DÜNYA FUTBOLU 27 Avqust 2011 / 01:36 5064
-  A +

Bu gün 37-ci UEFA Superkubokunun sahibin adına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, Superkubok uğrunda həlledici oyunda ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Barselona” ilə Avroliqanın çempionu “Portu” üz-üzə gəlib.

Hər hissədə bir qol vuran "Barselona" 4-cü dəfə UEFA Superkubokuna sahib çıxıb. Bununla da, Pep Qvardiolanın komandası bu mövsüm qazandığı kubokların sayını 4-ə yüksəldib.

İspan klubu indiyə qədər 4 dəfə kubokun finalına yüksəlib və bunların cəmi birində uğursuzluğa düçar olub. Yerdə qalan 3 qarşılaşmada isə “Barsa” çempionluğu bayram edib.

“Portu” isə tarixi ərzində cəmi bircə dəfə bu sevinci yaşayıb. “Əjdahalar” Superkubokda ilk və son qələbəsini 1987-ci ildə qazanıblar.

Qeyd edək ki, “Barselona” – “Portu” oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


26 avqust

UEFA Superkuboku oyunu



23:45. “Barselona” (İspaniya) – “Portu” (Portuqaliya) - 2:0
Qollar:
Lionel Messi, 39 (1:0), Sesk Fabreqas, 88 (2:0)

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə