Aykut Kocaman istefa verdi

Aykut Kocaman istefa verdi
DÜNYA FUTBOLU 25 Avqust 2011 / 11:20 2499
-  A +

Danışılmış oyunlarda günahlandırılaraq, Çempionlar Liqasından kənarlaşdırılan “Fənərbaxça”ya növbəti zərbə Aykut Kocamandan gəlib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi tutduğu vəzifəsindən istefa verdiyini açıqlayıb. Gənc mütəxəssis bunu komandaya qarşı haqsızlıqla əlaqələndirib:

“18 oyundan 17-ni udaraq, alnımızın təri ilə çempion olduq. Qalib gəldiyimiz matçlar hamının yaddaşındadır. Bizim üzümüz ağ, başımız hər zaman dikdir. Əgər türk futbolu bataqlıqdadırsa, bunun cəzasını bir komanda çəkməməlidir. Əgər əsl “təmizlik” etmək istəyirlərsə, 1958-ci ilə qədər getmək lazımdır”.

Xatırladaq ki, Kocaman “sarı lacivərdli” klubun “sükan”ı arxasına ötən mövsümün əvvəlində keçmişdi.

Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır