Türkiyənin "Fənərbaxça" klubu 2011-2012-ci il mövsümündə Çempionlar Liqasından kənarlaşdırılıb. Qol.Az-ın məlumatına görə, bu barədə UEFA-nın istəyi ilə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib.
TFF-nin rəsmi internet saytında yerləşdirilən açıqlamada deyilir: "UEFA 23 avqust 2011-ci ildə TFF-ə göndərdiyi məktubda ölkəmizdə davam etməkdə olan danışılmış oyunlar istintaqı çərçivəsində "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan çəkilmə qərarı verməsinin gərəkliyini, klubun bu yola getməyəcəyi halda, TFF-in "Fənərbaxça"nı 2011-2012-ci il mövsümündə Çempionlar Liqasına qatılmaqdan xaric etməsinin gərəkliyini, bu 2 yoldan hər hansı biri yerinə yetirilməsə, UEFA-nın özünün intizam araşdırması başlataraq TFF, yəni ölkəmiz əleyhinə intizam sanksiyaları tətbiq etmə vasitəsinə əl atacağını bildirib. Bundan sonra vəziyyət TFF tərəfindən dərhal yazılı şəkildə "Fənərbaxça" klubuna çatdırılıb.
"Fənərbaxça" isə avqustun 24-də TFF-ə göndərdiyi cavab məktubunda TFF-in bu məsələdə iddianamənin məhkəmədəcə qəbulunun gözlənilməsinə yönəlmiş qərarına hörmətlə yanaşdıqlarını və qısa müddət ərzində belə önəmli məsələyə dair bir qərar verilməsinin mümkün olmayacağını bildirib. Bundan sonra məsələ TFF-in İcraiyyə Komitəsinin fövqəladə toplantısında qaldırılıb və həm "Fənərbaxça"nın məruz qala biləcəyi ağır intizam sanksiyaları, həm də TFF-in, yəni ölkəmizin məruz qala biləcəyi intizam sanksiyaları göz önünə alınaraq, "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan xaric edilməsinə qərar verilib".
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Superliqasının qalibi kimi birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu