Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 5 görüş keçirilib.
Günün ən maraqlı matçı Portuqaliyada baş tutub. Burada yerli “Benfika” Hollandiyanın “Tvente” klubunu qəbul edib. İlk oyunda doğma meydanda rəqibi ilə heç-heçə (2:2) oynayan hollandlar səfərdə mütləq qələbə qazanmalı və ya bol qollu bərabərlik əldə etməlidir.
Lakin "Benfika" buna imkan verməyib. Doğma meydanda rəqibini 3:1 hesabı ilə məğlub edən "Benfika" adını ÇL-in qrup mərhələsinə yazdırıb. Bununla da, Portuqaliya ÇL-in qrup mərhələsində daha bir komanda ilə təmsil olunacaq.
Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi oyunlardan biri isə “Udineze” – “Arsenal” görüşü idi. Aparıcı oyunçularını itirdikdən sonra əvvəlki oyunundan əsər-əlamət qalmayan “topçular” İtaliyada da qələbə qazanmağı bacarıb. Hərçənd oyun "Arsenal" üçün yaxşı başlamamışdı. İlk hissənin sonlarında qapısında qol görən "Arsenal" fasilədən sonra vurduğu iki qolla rəqibini məğlub etdi.
İlk oyunda səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olan “Rubin” cavab görüşündə də “Lion”la bacarmayıb. Kazan təmsilçisi hesabı açsa da, bunun davamını gətirə bilməyiblər. Bundan istifadə edən fransızlar isə "Rubin2i cəzalandırıb - 1:1. Bununla da, "Rubin" mübarizəni Avroliqada davam etdirməli olacaq.
Çexiyanın ÇL-dəki yeganə təmsilçisi “Viktoriya” da qrup mərhələsinin bir addımlığında idi. Birinci oyunda Danimarkada “Kopenhagen”i məğlub edən (3:1) çexlər cavab qarşılaşması öncəsi üstünlük əldə etmişdilər. Çexiya təmsilçisi doğma meydanda da qələbə qazanmaqla qrup mərhələsində iştirak etmək hüququ qazanıb.
Günün digər bir oyununda “Şturm” Avstriyada BATE-ni qonaq edib. İlk matçda doğma meydanda heç-heçə oynayan belaruslar qrup mərhələsindən kənarda qala bilərdilər. Ancaq BATE səfərdə daha inamlı təsir bağışlayıb. Rəqibinə 2:0 hesabı ilə məğlub edən BATE yenidən ÇL-in qrup mərhələsində iştirak edəcək.
22 avqust
Çempionlar Liqasının "play-off" mərhələsinin cavab görüşləri
23:45. "Udineze" (İtaliya) - "Arsenal" (İngiltərə) (ilk oyun - 0:1) - 1:2
Qollar: Di natale, 39 (1:0), Van Persi, 55 (1:1), Teo Uolkot, 69 (1:2)
23:45. "Şturm" (Avstriya) - BATE (Belarus) (ilk oyun - 1:1) - 0:2
Qollar: Volodko, 36 (0:1), Simic, 69 (0:2)
23:45. "Viktoriya" (Çexiya) - "Kopenhagen" (Danimarka) (ilk
oyun - 3:1) - 2:1
Qollar: Bolanos, 32 (0:1), Bakos, 68 (1:1), Duris, 90 (2:1)
23:45. "Benfika" (Portuqaliya) - "Tvente" (Hollandiya) (ilk oyun - 2:2) - 3:1
Qollar: Vitsel, 46 (1:0), 66 (3:0), Luisao, 59 (2:0), Ruiz, 85 (3:1)
21:00. "Rubin" (Rusiya) - "Lion" (Fransa) (ilk oyun - 1:3) - 1:1
Qollar: Naço, 77 (1:0), Briand, 84 (1:1)
Qeyd edək ki, bununla da, Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib. Qrup mərhələsinin püşkatma mərasimi isə sabah Bakı vaxtı ilə saat 20:45-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
Hakim azarkeşə qırmızı vərəqə göstərdi
"Messi dünyanın ən yaxşı oyunçusu olaraq qalacaq"
"Beşiktaş"ın futbolçularından xoş xəbərlər var
Paratiçi yenidən "Tottenhem"dən gedir
Salah 19 yaşlı futbolçu ilə əvəzlənə bilər
Martinelli her-trik etdi, "Arsenal" qalib gəldi
Qara Qarayev milliyə təyinat aldı
"Ayaks" autsayderə qarşı çətin qələbə qazandı
İtaliya nəhəngləri oyunçularını dəyişir?
"Real"ın futbolçusu üçün 180 milyonluq təklif var
Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - Şəkillər
Milli hakimin qərarlarından narazıdır, CAF-a şikayət edəcək
Amorimə görə "Roma"ya transferi baş tutmadı
"Sabah" 3 dəqiqədə 2 qol vurdu, qələbə qazandı
"Əl-İttihad" 38 yaşlı futbolçusunu buraxmaq istəmir
"Qarabağ"ın rəqibinin gənc futbolçusu sıradan çıxdı
Reşford üçün Ciddədə görüş
“Qarabağ”ın akademiyasından əsas komandaya növbəti addım
600 gündən sonra “Mançester Siti”də qol vurdu
Karvaxal: "Klub da mənimlə eyni fikirdədir"
"Roma"nın kapitanı qərarını verdi
Flik final "El-Klassiko"su haqda
Enrike PSJ-dən ayrıla bilər
Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı
"Yenə də çempion biz olacağıq" - Okan Buruk
"Genduzi sanki 8 aydır burada oynayır" - Domeniko Tedesko
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
"Fənərbaxça" "Qalatasaray"a belə qalib gəldi - Video
"Bayer" uduzdu, "Frayburq"dan qələbə
Afrika Millətlər Kubokunda son yarımfinalçılar məlum oldu
Azərbaycan çempionları müəyyənləşdi
"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi, Superkuboku qazandı
Bonifase əməliyyat olunacaq
"Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
"Hesaba aldanmaq olmaz" - Andrey Demçenko
"Arsenal" 5 futbolçusu ilə müqaviləni uzadır
Van Deyk: "Daha bir neçə il oynayacağam"
"Araz-Naxçıvan"dan 7 qollu qələbə