Bu gün İspaniya Superkubokunun cavab görüşü çərçivəsində iki əzəli rəqib - "Barselona" və "Real" klubları üz-üzə gəlib.
Qol.Az-ın məlumatına görə, "Nou-Kamp"da baş tutan görüşdən sonra Superkubokun yeni sahibi müəyyənləşib.
Madriddə baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 2:2. Cavab görüşü də olduqca dramatik məcrada keçib. İlk hissəni 1:2 hesabı ilə geridə başa vuran "Real" futbolçuları fasilədən sonra istədikləri qolu vura biliblər. Matçın 82-ci dəqiqəsində Kərim Benzema fərqlənib.
Çoxları oyunun əlavə hissəyə gedəcəyini düşünsə də, səhnəyə yenidən Lionel Messi çıxıb və görüşdə son nöqtəni qoyub - 3:2. Tarixi ərzində 5-ci dəfə İspaniya Superkubokunda qarşılaşan "Barselona" ilə qarşılaşan "Real" ilk dəfə əzəli rəqibinə məğlub olub.
Lakin çox təəssüf ki, matçın sonları xoşagəlməz anlarla yadda qalıb. Oyuna əlavə edilən 3-cü dəqiqədə Marselonun "Barselona"nın yeni transferi Fabreqasa qarşı kobud oynamasından sonra ara qarışıb. İki komanda üzvləri arasındakı münaqişə təxminən 2 dəqiqə çəkib.
Matçın baş hakimi "Real"dan Marselo və Məsut Özilə, "Barselona"dan isə David Vilyaya qırmızı vərəqə göstərib. Bununla belə, baş hakim oyunu yenidən bərpa etməyə müvəffəq olub və görüş "Barelona"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
18 avqust
İspaniya Superkubokunun cavab görüşü
"Barselona" - "Real" - 3:2 (ilk oyun - 2:2)
Qollar: İniyesta, 15 (1:0), Ronaldo, 20 (1:1), Messi, 45 (2:1), 88 (3:2), Benzema, 82 (2:2)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu