Bu gün Azərbaycan milli komandası ilə yanaşı, yığmamızın rəqibləri də yoxlama görüşlərində qüvvəsini sınayıb.
Qol.Az-ın məlumatına görə, qrupun şəriksiz lideri olan Almaniya yığması Braziliya, Türkiyə millisi isə Estoniya ilə qarşılaşıb.
Türkiyə rəqibi üzərində asan qələbə qazandığı halda, Almaniya - Braziliya oyunu daha dramatik alınıb. İlk hissəsi qolsuz başa çatan oyunda azarkeşlər fasilədən sonra 5 qolun şahidi olublar. Almaniya millisi son dəqiqədə qapısında qol görsə də, qələbə hesabını qoruya bilib - 3:2.
Digər rəqiblərə gəldikdə Belçika Sloveniya (0:0), Qazaxıstan isə Suriya (1:1) ilə bərabərə qalıb. Avstriya isə gözlənilmədən öz meydanında Slovakiyaya 1:2 hesabı ilə məğlub olub.
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərə gəldikdə isə Portuqaliya yığması Lüksemburq, Rusiya Serbiya, İsrail isə Fil Dişi Sahili ilə qarşılaşıb. Rusiya minimal hesabla qalib gəldiyi halda, İsrail səfərdə güclü rəqibinə 3:4 hesabı ilə məğlub olub.
Seçmə mərhələdə iki rəqibimiz olan Portuqaliya - Lüksemburq görüşü isə meydan sahiblərinin darmadığını ilə yekunlaşıb. Cırtdan ölkənin millisinə futbol dərsi keçən portuqallar görüşdən 5:0 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, millimiz AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti görüşlərini sentyabrın 2-də Belçikaya, ayın 6-da isə Qazaxıstana qarşı evdə keçirəcək.
10 avqust
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizin yoldaşlıq görüşləri
23:30. Avstriya – Slovakiya - 1:2
Qollar: Kuça, 21 (0:1), Jez, 30 (0:2), Hoffer, 62 (1:2)
23:30. Türkiyə - Estoniya - 3:0
Qollar: Əmrə Bəlözoğlu, 9-pen (1:0), Kazım, 29 (2:0), 35 (3:0)
23:45. Sloveniya – Belçika - 0:0
23:45. Almaniya – Braziliya - 3:2
Qollar: Bastian Şvaynştayger, 61-pen (1:0), Mario Qötze, 67 (2:0), Robinyo, 72 (2:1), Andre Şürrle, 80 (3:1), Neymar, 90 (3:2)
19:00. Qazaxıstan – Suriya - 1:1
Qollar: Şabaq, 65 (0:1), Katriyev, 70 (1:1)
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin yoldaşlıq görüşləri
23:00. Fil dişi sahili – İsrail - 4:3
Qollar: Yaya Ture, 45 (1:0), Didyer Konan, 45+1 (2:0)
23:45. Şimali İrlandiya – Farer adaları (AÇ-2012-nin seçmə mərhələ oyunu) - 4:0
Qollar: Huges, 5 (1:0), Deyvis, 66 (2:0), Makkourt, 71 (3:0)
01:00. Portuqaliya – Lüksemburq - 5:0
Qollar: Tiaqo, 23 (1:0), Ronaldo, 43 (2:0), Koentrao, 47 (3:0), Almeyda, 58 (4:0), 73 (5:0)
20:00. Rusiya – Serbiya - 1:0
Qol: Poqrebnyak, 53 (1:0)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu