Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Qol.Az-ın məlumatına görə, Avroliqadan fərqli olaraq ÇL-in oyunları iki gündə keçirilir.
Bu axşam 3 Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cəmi 3 qarşılaşma baş tutub. Həmin oyunlar Belorusiya, İrlandiya və Yunanıstanda keçirilib.
Lakin bu görüşlərdən yalnız birində meydan sahibləri qələbə qazanıb. Digər iki oyunda isə qonaqlar qalib gəliblər. Burada əsas diqqət çəkən məqam isə Danimarkanın hər iki təmsilçisinin "play-off"a adlaması olub.
Bununla da, Çempionlar Liqasının ilk 3 iştirakçısı müəyyənləşib. Beləliklə, BATE (Belorusiya), "Odense" və "Kopenhagen" (hər ikisi Danimarka) klubları "Play-off"da mübarizəni davam etdirəcək.
Qalan komandaların taleyinə isə sabah keçiriləcək görüşlərdən sonra aydınlıq gələcək.
2 avqust
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları
23:45. "Şamrok Rovers" (İrlandiya) - "Kopenhagen" (Danimarka) (ilk oyun - 0:1) - 0:2
Qollar: N'Doye, 42 (0:1), Bolanos, 73 (0:2)
23:45. "Panatinaykos" (Yunanıstan) - "Odense" (Danimarka) ( ilk oyun - 1:1) - 3:4
Qollar: Yohanson, 12 (0:1), Boumsonq, 35 (1:1), Toçe, 50 (2:1), 90 (3:4), Espen Ruud, 58 (2:2), Kadri, 80 (2:3), Andreasen, 87 (2:4)
21:00. BATE (Belorusiya) - "Ekranas" (Litva) ( ilk oyun - 0:0) - 3:1
Qollar: Rodionov, 18 (1:0), Veliçka, 22 (1:1), Bressan, 35 (2:1), Qordeyçuk, 89 (3:1)
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır