Moskva SSKA-nın yetirməsi Layonnel Adams Moskva vilayətində çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
QOL.az xəbər verir ki, bu barədə “Mash na sporte” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, 31 yaşlı futbolçu həkimlər hadisə yerinə çatmamış dünyasını dəyişib.
Mənbənin məlumatına görə, Adams Yalta “Rubin”inin sabiq futbolçusu Timur Maqomedovun qonağı olub. Qeyd olunur ki, bundan əvvəl Adams və Maqomedov naməlum şəxslərin hücumuna məruz qalıblar.
Xatırladaq ki, ötən ilin dekabrında KİV təxminən 10 nəfərin futbolçulara hücum etdiyini, sözlü mübahisənin davaya çevrildiyini və nəticədə Adamsa atəş açıldığını, daha sonra isə onun döyüldüyünü yazmışdı. Hadisə şahidlərinin təcili yardım çağırdığı, futbolçunun xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Həkimlər onda bud nahiyəsindən güllə yarası və dodaqda cırıq aşkar etmişdilər.
Qeyd edək ki, karyerası ərzində əsasən Rusiya və Qazaxıstan komandalarında oynayıb. Onun son klubu Qırğızıstan “Alqa”sı olub.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı