“Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- “Dinamo” ilə ilk oyunda komandanın çıxışı barədə fikirləriniz necədir?
- Hesab oyuna görə olmadı. Düzdür, rəqib güclüdür, köklü klubdur, yaxşı heyəti var. Amma bizim orada götərdiyimiz oyun hesabla tamamlanmadı. Bizim də qol epizodlarımız oldu, amma vura bilmədik. Qolları isə adi vəziyyətlərdə buraxdıq.
- Səfərdən sərfəli nəticə ilə qayıtmaq üçün komandada nə çatışmadı?
- Məğlubiyyətimizə səbəb kobud səhvlər oldu. Qapımıza vurulan qollar müdafiə xəttindəki kobud səhvlərin nəticəsi oldu. Əlimizə 7-8 məqam düşdü ki, onların 3-4-ü real qol vəziyyətləri idi. Ancaq istifadə edə bilmədik. Ancaq qalan tapşırıqları komanda yerinə yetirdi.
- Çempionlar Liqası kimi bir turnirdə iştirak etməsinə baxmayaraq, “Neftçi”nin heyətə yeni oyunçu almamağı həm müzakirə, həm də tənqid olundu. Ümumiyyətlə, siz bu fikirlərlə razısınızmı? Komandaya yeni futbolçular lazım idi?
- Bunu əvvəlcədən də demişdik. Bizə futbolçu lazım idi ki, axtarırdıq. İki transfer etmək istəyirdik. Birini reallaşdırdıq, biri qaldı. İkinci oyunçunun alınmamasının səbəblərini də açıqlamışdıq. Çünki istədiyimiz oyunçunu tapa bilmədik. Bizim də “Neftçi” olaraq, tez-tələsik, 3 aydan, 6 aydan bir yeni komanda yaratmaq fikrimiz yoxdur. Sadəcə, həmin boşluğu doldurmaq istəyirdik. O da həmin vaxt alınmadı. Əsas problem isə vaxt azlığı oldu.
- Cavab oyunuöncəsi nə deyə bilərsiniz? “Neftçi” meydana hansı məqsəd üçün çıxacaq?
- “Neftçi” öncə öz adını qorumaq üçün oynayacaq. Qələbə qazanaraq, azarkeşlərimizi sevindirmək istəyirik.
- Doğma meydandakı qarşılaşmada nəyə ümid edirsiniz?
- Ümid həmişə var. Futbolda heç vaxt ümidsizlik olmur.
- Heyətlə bağlı hər hansı dəyişiklik gözlənilirmi? Yoxsa ilk oyundakı “11”liyi Bakıdakı görüşdə də saxlayacaqsınız?
- Heyətlə bağlı belə dəyişiklik olacaq ki, İqor Mitreski meydana çıxa bilməyəcək. Yadınızdadırsa, səfərdəki oyunun 10-cu dəqiqəsində müdafiəçi zədələnərək yerini başqa futbolçuya buraxmışdı. Onun çıxışı sual altındadır. Daha doğrusu, həkimlərin dediyinə görə, meydana çıxmayacağı artıq dəqiqləşib. Rail Məlikov da zədəli idi. O da ilk matçda zədəli-zədəli oynadı. Yəni zədələrlə bağlı bir az problemimiz var. Amma oyuna kimi vaxt var. Sadəcə onu deyə bilərəm ki, Mitreskinin oynamayacağı dəqiqdir. “Dinamo”lu futbolçu ilə toqquşmadan sonra dizində şiş var idi. İndi onu sağaltmaqla məşğuldur.
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər