“Oyun çox gərgin keçdi. Xüsusilə birinci hissə. İkinci yarıda bu gərginlik elə də nəzərə çarpmadı. Sözsüz ki, hamının diqqəti hakimlikdə idi. Mən də sabiq hakim kimi onun işini izlədim. Cavan hakim olduğu üçün oyun təcrübəsi az ola bilər. Amma mənim gözümə bir neçə epizod dəydi ki, hakim həmin vaxt səhv qərarlar verdi”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində sabiq FİFA referisi, UEFA-nın hakim-inspektoru Asim Xudiyev dünən Avropa Liqasında keçirilmiş «Makkabi» - «Xəzər Lənkəran» oyunundakı hakimliyi şərh edərkən deyib.
Komandamızın qapısına vurulan və mübahisələrə səbəb olan üçüncü qol barədə danışan Xudiyev bunları söyləyib: “Həmin epizodda qayda pozuntusu var idi. Mənə elə gəlir ki, rəqib futbolçu topu Kamran Ağayevin əlindən vurub, çıxardı. Bu, hamının gözünün qabağında olan bir hadisə idi. Təkrar epizodlardan da göründüyü kimi, qapıçı artıq topu tutmuşdu. Qol hesaba alınmamalıydı”.
A.Xudiyev ikinci hissənin ortalarında «Xəzər Lənkəran»ın futbolçusu Emeka Oparaya qarşı cərimə meydançasında qayda pozuntusu olduğunu və yunanıstanlı referinin penalti təyin etməli olduğunu söyləyib: “Həmin epizodu birinci dəfə görən kimi mən dedim ki, qayda pozuntusu var idi. Top oyunda olarkən, yerli komandanın oyunçusu Oparanın ayağına təmas göstərmişdi. Hakim tərəddüd etmədən onbirmetrlik cərimə zərbəsi təyin etməli idi”.
Keçmiş FİFA referisi yunanıstanlı hakim İlias Spanthası qərəzlilikdə günahlandırıb: “Mən belə hesab edirəm ki, bu hakimi “Xəzər Lənkəran”a qarşı qərəzçilikdə günahlandırmaq olar. Əgər orada olsaydıq, özündən soruşardıq ki, sən epizodları necə gördün və qərar verdin. O, nəticəyə təsir edən səhvlərə yol verdi. Həmin referi həm “Makkabi”, həm də “Xəzər Lənkəran”ın əleyhinə qərarlar çıxardı”.
Xudiyevin fikrincə, görüşün baş hakiminə belə idarəçiliyə görə aşağı qiymət yazılmalıdır: “Hakim-inspektorlar üçün iyulun 1-dən yeni qaydalar çıxıb. Əgər həmin görüşün hakim-inspektoru oyundan sonra həmin hakimin idarəçiliyini analiz edib, səhvlərini sübuta yetirsə, sözsüz ki, onun qiyməti aşağı olacaq. Hakimlər üçün faiz qrafiki var. Həmin qrafiklə hesablansa, həmin referiyə aşağı qiymət verilər və onun gələn oyunlara təyinat almağı çox çətin olar. Çünki referinin bizim komandaya qarşı çox kobud səhvləri oldu”.
Qeyd edək ki, Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Makkabi”ilə qarşılaşan və 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” görüşün baş hakimi İlias Spathasın biabırçı idarəçiliyinin qurbanı olub. Qarşlılaşma ərzində bir neçə epizodda komandamızın əleyhinə qərəzli qərarlar verən yunanıstanlı referi qapımıza vurulan üçüncü qolu hesaba almaqla və Oparaya qarşı qayda pozuntusu zamanı penalti qərarı verməməklə “Xəzər Lənkəran”ın məğlubiyyətində böyük pay sahibi olub.
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev