“Streymur”un baş məşqçisi: “Qarabağ” Azərbaycan yığmasından güclüdür”

“Streymur”un baş məşqçisi: “Qarabağ” Azərbaycan yığmasından güclüdür”
ÖLKƏ FUTBOLU 14 İyul 2011 / 15:55 3294
-  A +

“Kifayət qədər güclü komanda ilə qarşılaşacağıq. Doğma meydanda oynayacağıq. Bundan maksimum yararlanmalıyıq. Çünki bu amil “Qarabağ”ın əleyhinə işləyəcək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində “Qarabağ”la oyunöncəsi “Streymur” klubunun baş məşqçisi Hedim Aşkham deyib.

Təcrübəli mütəxəssis Ağdam klubunun Azərbaycan millisindən güclü olduğunu təsdiqləyib:

“Qarabağ” Azərbaycan yığmasından güclüdür. Ancaq bu o demək deyil ki, biz məğlub olacağıq. Məncə, bu komanda ilə oynamaq olar”.

Daha çox


Son xəbərlər