Bu gün Avroliqanın II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Qarabağ" və "Xəzər Lənkəran" klubları ilk görüşlərini səfərdə keçiriblər.
Ağdamın "Qarabağ" klubu səfərdə Farer adalarının komandası "Streymur"un qonağı olub. İlkin təsnifat mərhələsində Litvanın "Banqa" klubunu darmadağın edən Qurban Qurbanovun komandası bu görüşün də favoriti sayılır. Artıq "Qarabağ"ın səfərdən sərfəli nəticə ilə dönəcəyi heç kəsdə şübhə doğurmurdu.
"Qarabağ" artıq Rauf Əliyevin 11-ci dəqiqədə vurduğu qolla hesabda öndə idi. Oyunboyu üstün nəzərə çarpan "Qarabağ" son dəqiqələrdə qapısında qol görüb. Oyuna əlavə edilmiş 2 -ci dəqiqədə rəqib hesaba tarazlıq gətirib. Bununla belə, bu hesab "Qarabağ"ı tam qane edir.
Avroliqaya II təsnifat mərhələsindən qoşulan son ölkə kubokunun qalibi "Xəzər Lənkəran" isə səfərdə İsrailin "Makkabi" (Təl-Əviv) klubunun qonağı olub. Təl-Əvivə sərfəli nəticə dalınca gedən "Xəzər Lənkəran" ilk hissədə qapısında 3 qol görüb. Bununla belə, Mirça Rednikin komandası ilk hissənin sonlarında hesab arasındakı fərqi azaltmağam nail olublar.
Qeyd edək ki, hər komandamız cavab görüşünü bir həftə sonra doğma azarkeşləri qarşısınmda keçirəcək.
14 iyul
Avroliqanın II təsnifat mərhələsinin ilk görüşləri
23:00. "Streymur" – "Qarabağ" - 1:1
Qol: Rauf Əliyev, 11 (0:1). Arnbyörn Hansen, 90+2 (1:1)
Hakimlər: Mark Stiven Uitbi, Eduard Kinq, Filip Tomas, Brayan Ceyms (hamısı Uels).
Hakim-inspektor: Jari Maysonlahti (Finlandiya).
UEFA nümayəndəsi: Odd Flattum (Norveç).
Torshavn. “Qundadalur” stadionu.
"Streymur"un start heyəti: 1. Rene Torqard, 2. Aleks dos Santos, 8. Eqil a Bo, 10. Bardur Olsen, 18. Brian Olsen, 11. Hans Pauli Samuelsen, 9. Arnar Dam, 33. Vasile Anxel, 12. Marni Djurhuus, 14. Daniel Udsen, 16. Pauli Hansen.
Ehtiyat oyunçular:
"Qarabağ"ın start heyəti: 99. Bojan Pavloviç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 6. Rəşad Sadiqov (k), Rauf Əliyev, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
Oyun başladı.
3. Oyunda ilk qapıya zərbə Rəşad Sadiqovdan gəldi. Qapıçı yerindədi
5. Meydanın mərkəzində futbolçularımız rəqibi topsuz yormağa çalışırlar….
7. İlk real qol vəziyyətini rəqib yaratdı. Samuelsenin zərbəsi qapıdan azacıq aralı keçdi
11. - QOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL. Rauf Əliyev !!!! Adamiyanın cərimə meydançasında şousunu Rauf tamamlaya bildi
13. Vüqar sol cinahdan cərimə meydançasına daxil oldu. Lakin zərbəsində dəqiqlik çatmadı
17. Oyunda ərazi üstünlüyü komandamızın tərəfindədir…
18. Rəşadın arakəsmə ötürməsini Aqolli mükəmməl asma ilə tamamladı. Son zərbəyə isə müdafiəçilər mane ola bildilər…
22. Adamiyaya qarşı kobudluğu hakim cərimə zərbəsi ilə dəyərləndirdi. Vüqarın zərbəsi qapının üstündən keçdi
23. Əfranın cərimə xəttinin üzərindən zərbəsinin gözəl tullanışla qapıçı dəf edə bildi
27. Rəşad Sadiqovun başladığı hücumu Vüqar zərbə ilə tamamlaya bildi. Lakin zərbədə dəqiqlik çatmadı
28. İki qarşılıqlı hücum. Raufun qapıçı ilə təkbətək mübarizəsində iti bucaq zərbənin dəqiq olmasına imkan vermədi. Əks hücumda isə rəqibin hücumçusu ilə mübarizədə qapıçımız Bojan Pavloviç səhvsiz oynadı…
30. Qapımız qarşısında 100%-lı qol imkanına ilk olaraq Bojan imkan vermədi. Rəşad Sadıxov isə müdhiş tullanışla ikinci zərbənin boş qapıya daxil olmasına imkan vermədi.
32.Bu dəqiqələrdə komandalar açıq oyuna üstünlük verməyə başladılar. Qapılar qarşısında təhlükəli epizodlar biri-birini əvəz edir
37. Rəşad Sadiqovun oyun boyu növbəti arakəsmə ötürməsindən sonra Əfran yandan uzun keçidi sonda qeyri dəqiq ötürmə ilə başa çatdı
39. Bu dəqiqələr rəqibin sol cinahı Əfranın keçidləri qarşısında aciz görsənir
43. Yağan yağış getdikcə gücləndikcə oyunun sürəti aşağı düşməyə başlayır.
45. Maksimin yandan ötürməsini Adamia baş zərbəsi ilə tamamladı Top qapı tirindən azacıq aralı keçdi…
İkinci hissə başladı
46. İkinci yarı başlayan kimi Namiq Yusifov sarı vərəqə ilə cəzalandırıldı
49. Rəqib meydanın mərkəzini ələ keçirməyə çalışır
50. Əfran – Vüqar paslaşmasını sonuncu qeyri dəqiq zərbə ilə tamamladı
52. Əfranın təqribən 25 metrlik məsafədən zərbəsini qapıçı çətinliklə yan xətdən çıxara bildi
55. Rəşad – Adamia – Əfran qısa paslaşmaları qarşısında rəqib müdafiəçiləri aciz qalıb…
59. Streymur meydanın mərkəzini keçməyə çətinlik çəkir. Bu dəqiqələr oyunun sürəti bir qədər aşağı düşüb
63. Maksimin aldadıcı ötürməsini Adamia bir həmlə ilə davam etməyə çalışsa da rəqib müdafiəçilər vaxtında bunun qarşısını ala bildilər
66. Topa daha çox komandamız nəzarət etsə də, hücumu məntiqi nəticə ilə başa vurmaqda çətinlik çəkir
70. Oyunda ilk dəyişiklik. Bəxtiyar Soltanov Rauf Əliyevi əvəzlədi…
71. Rəqib komandada isə Udsen-I 7 nomrəli futbolçu Hansen əvəzlədi
73. Komandamız ikinci qolu vurmağa çox yaxın oldu. Vüqarın ötürməsini Əfran dəqiq zərbə ilə tamamlaya bilmədi..
78. Streymur qapımız qarşısında daha bir təhlükəli vəziyyət yaratdı. Hücumçunun zərbəsində isə dəqiqlik çatmadı…
81. 23 nömrəli futbolçunu 9 nömrəli Arnar Dam əvəzlədi…
86. Əfran daha bir real qol vəziyyətindən istifadə edə bilmədi. BU dəfə qapıçı əla reaksiya göstərdi
88. Vüqara qarşı kobud oynayan rəqibin 22 nömrəsi sarı vərəqə ilə cəzalandırıldı…
90+2. Rəqib hesabı bərabərləşdirdi. Hansen fərqləndi - 1:1.
Oyun başa çatdı - 1:1
22:30. "Makkabi" – "Xəzər Lənkəran" - 3:1
Qollar: Nouss Konate, 22 (1:0), Elran Atar, 39 (2:0); Guillermo İsraileviç, 43 (3:0), Andrey Mureşan, 45 (3:1)
Hakimlər: İlias Spathas, Qriqorios Panou, Dimitrios Qoukos, Stavros Mantalos (hamısı Yunanıstan).
Hakim-inspektor: Peter Jones (İngiltərə).
UEFA nümayəndəsi: Milovan Djukanoviç (Çernoqoriya).
Təl-Əviv. “Blumfild” stadionu.
"Makkabi"nin start heyəti: 55. Qay Haimov, 17. Savo Paviçeviç, 4. Nivaldo (k), 14. Yoav Ziv, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 18. Mussa Kanat, 25. Rafi Dahan, 7. Gilyermo İsraileviç, 16. Elran Atar, 27. Ömer Vered.
Ehtiyat oyunçular: 1. Barak Levi, 2. Klemi Şaban, 9. Barak Itzhaki, 15. Dor Mika, 23. Moşe Loqasi, 24. Roberto Kolautti, 32. Roy Kehat.
"Xəzər Lənkəran"ın start heyəti: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Piţ, 77. Marius Onofraş, 80. Joao Pinto, 81. Rikardo Qomeş, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 5. Dieqo Qusmao, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 15. Emeka Opara, 18. Alim Qurbanov.
Oyun başladı.
3. Meydan sahibləri hücumaatılır. Təhlükəli hücumunun qarşısını müdafiəçilərimiz kəsirlər.
4. "Xəzər Lənkəran" hücuma keçir və künc zərbəsi qazanırıq. Komandamızın künc zərbəsindən daxil etdiyi topu qapıçı tutur.
8. Rəqibin qapıya doğru vurulan zərbəsini isə Kamran tutur.
9. "Xəzər Lənkəran"ın hücum qurmaq istəyi də nəticəsiz qalır.
10. Rahid yerdə qalır, hakim rəqib futbolçuya şifahi xəbərdarlıq edir.
12. Oyun əsasən meydanın mərkəzində gedir.
16. Rəqib oyunçu qapıya doğru zərbə endirsə də, dəqiq alınmır.
18. Hər iki komandanın ifasında qarşılıqlı səhvlərin şahidi oluruq.
20. Rəqib təhlükəli hücum etsə də, hər şey bizim üçün yaxşı qurtarır.
21. "Xəzər Lənkəran" hücuma atılsa da, hakim oyundan kənar vəziyyət qeydə alır.
22. Rəqibin təhlükəli hücumu qolla nəticələnir - 1:0.
24. "Xəzər Lənkəran" künc zərbəsi qazanır. Başla zərbəni isə rəqib müdafiəçi uzaqlaşdırır.
26. "Xəzər Lənkəran" daha bir künc zərbəsi qazansa da, bu şansdan düzgün istifadə edə bilmir və topu itirir.
30. Rəqib hücuma can atsa da, müdafiəçilərimiz sayıq davranır.
34. Oyunda fasilə yaranıb. Bu isə futbolçuların su içməsilə əlaqədardır.
38. Rəqib sürətli əks hücumu qolla nəticələnir - 2:0
42. "Makkabi" kuryoz qolla hesabı artırır - 3:0.
45. "Xəzər Lənkəran" cərimə zərbəsini yerinə yetirir və Qooool - 3:1. Mureşan fərqi azaldır.
İkinci hissə başladı
46. Rəqib ikinci hissəyə hücumla başlayırr, lakin Kamran yaxşı oynayır.
48. Oyun bərabər səviyyədə keçir.
49. Komandamız hücumunun qarşısını rəqib qapıçı alır.
50. Rəqib oyunçu yerdə qalır və oyunda fasilə yaranır.
52. "Xəzər Lənkəran"ın hücum qurmaq cəhdləri nəticəsiz qalır.
55. Komandamız hücum keçməyə can atsa da, rəqib oyunun tempini aşağı salmağa çalışır. Buna qismən də nail olur.
56. Komandamız təzyiqi artırır. Rəqib müdafiəçilər dəqiq oynayaraq təhlükəni sovuşdururlar.
58. Rəqibin hücumu bir nəticə vermir və top meydanı tərk edir
60. Rəqib daha bir qol vursa da, hakim oyundan kənar vəziyyət qeydə alır.
63. "Xəzər Lənkəran" pressinq tətbiq edir və rəqibi təzyiq altında saxlayır.
65. Oyun əsasən meydanın mərkəzində gedir. Tərəflərin hücum qurmaq cəhdləri səmərəsiz qalır.
66. Rəqibin təhlükəli hücumunun qarşısını müdafiəçilərimiz alır. Uzaqdan vurulan zərbə isə qapının yanından ötür.
69. "Xəzər Lənkəran"ın hücum qurmaq istəyi səmərəsiz qalır. Rəqib topu ələ keçirsə də, müdafiəçilərimiz diqqətli oynayır.
71. Hər iki komandanın heyətində dəyişiklik edir. Komandamızın heyətində Katalin Doman meydana daxil olur.
73. Elnur allahverdiyevin kobud səhvi, lakin rəqib futbolçu bundan yararlana bilmədi.
75. Adrian Pitin cərimə zərbəsi təhlükəli alınsa da, rəqib qapıçı dəqiq oynayır.
76. Domanın yerinə yetirdiyi cərimə zərbəsi isə qapının üstündən keçir.
79. Rəqib daha bir oyunçu dəyişikliyi həyata keçirir.
84. Rəqib təzyiqi artırır. Uzaqdan vurulan zərbənin qarşısını müdafiəçilərimiz zərərsizləşdirə bilir.
86. Rəqib oyunun tempini aşağı salaraq vaxt udmağa çalışır və buna qismən də nail olur.
88. Rahidin uzaqdan zərbəsi qapının üstündən keçir.
89. Rəqibin hücumu təhlükəli alınsa da, müdafiəçilərimiz sayıq davranır.
90. Rəqib topu özündə saxlamaqla oyunun vaxtını uzatmağa çalışır.
Oyun başa çatdı - 3:1.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi