Saşa Stamenkoviç: “Sonda sevinən "Neftçi" olacaq”

Saşa Stamenkoviç: “Sonda sevinən "Neftçi" olacaq”
ÖLKƏ FUTBOLU 13 İyul 2011 / 18:46 2876
-  A +

“Əlbəttə, “Dinamo” “Partizan”dan yaxşı komandadır. Ancaq “Srvena Zvezda”dan yox. Başqa kluba keçsəm də, mən həmişə bu komandanın köynəyini geyinəcəm. Çünki “Srvena Zvezda” mənim doğma komandamdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç “Dinamo” ilə oyunöncəsi deyib.

Təcrübəli qolkiper rəqibin güclü olduğunu etiraf etsə də, sonda sevinən tərəfin “Neftçi” olacağını bildirib:

“Belə güclü rəqiblə oynayacağımız üçün çox xoşbəxtəm. Sözsüz ki, “Dinamo” güclü komandadır. Amma biz iki oyunun nəticəsinə görə növbəti mərhələyə keçə bilərik. Püşaktmanın nəticəsi bizə sərf etmədi. Lakin mən hesab edirəm ki, sonda sevinən tərəf biz olacağıq”.

Stamenkoviçin sözlərinə görə, stadiona toplaşan “Dinamo”lu azarkeşlərin səsləndirdiyi şüarlar onu narahat etməyəcək:

“Mən “Srvena Zvezda”nın oyunçusu olmuşam. Bu komanda ilə “Dinamo” arasında əzəli rəqabət var. Ona görə də azarkeşlərin mənim əlehimə şüarlar səsləndirməsi normaldır. Amma mən bütün diqqətimi meydandakı topa yönəldəcəm. Yerli fanatların sözlərinə yox”.

Daha çox


Son xəbərlər