Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində daha 11 oyun keçirib. Qol.Az-ın məlumatına görə, 6 illik fasilədən sonra yenidən ÇL-də mübarizə aparacaq "Bakı"nın "Neftçi" klubu səfərdə ilk görüşünə çıxıb.
Arif Əsədovun komandası səfərdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşıb. Dörd il aradan sonra yenidən qitəmiqyaslı turnirə qayıdan "Neftçi" "Maksimir" stadionunda sərfəli nəticəyə ümid edirdi. Lakin "Neftçi"nin Çempionlar Liqasına qayıdışı uğursuz alınıb və komandamız rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Son Azərbaycan çempionu "Neftçi" bu dəfə də ÇL-də mərhələ adlayacağı halda çox böyük üstünlük qazanmış olacaqdı. Yəni, "Neftçi" "Dinamo" səddini keçəcəyi halda, avrokuboklarda ən azı 4 görüş daha keçirməli olacaq ki, bu da komandamız üçün əlavə üstünlük demək idi.
Lakin "Neftçi" komandasının Zaqrebdə böyükhesablı məğlubiyyəti sadalanan üstünlüyün Arif Əsədovun komandasına heç bir aidiyyatı olmadığını göstərdi.
"Neftçi"nin Bakıda bu məğlubiyyətin əvəzini çəxacağı heç də inandırıcı görünmür. Cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadioununda keçiriləcək.
Qeyd edək ki, "Dinamo" - "Neftçi" cütünün qalibinin növbəti mərhələdəki rəqibinə isə iyulun 15-də keçiriləcək püşkatma mərasimindən sonra aydınlıq gələcək.
13 iyul
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi
23:00. "Dinamo" – "Neftçi" - 3:0
Qollar: Milan Badelj, 38 (1:0), İvan Krstanovuiç, 46 (2:0), 65 (3:0)
Hakimlər: Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Buke (hamısı Fransa).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç).
Zaqreb. “Maksimir” stadionu
"Dinamo": 30. İvan Kelava, 3. Luis İbanyes, 7. Yerko Leko, 10. Sammir, 13. Tonel, 14. Şime Vrsalko, 16. Milan Badel (k), 20. Mehmed Alispahiç, 21. Fatoş Beçiray, 24. Domaqoy Vida, 99. İvan Krstanoviç
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev
Ehtiyat oyunçular
"Dinamo": 12. Filip Lonçariç, 5. Adrian Kalelyo, 6. Ariyan Ademi, 8. Mateo Kovaçiç, 11. İvan Tomaşek, 18. Mario Şitum, 55. Ante Rukavina
"Neftçi": 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev.
Oyun başladı.
1. Mitreski Sammirə qarşı qaydanı pozur və hakim cərimə zərbəsi təyin edir.
3. Alispahiç Flavinyo və Georgiyevskiyə qarşı qaydanı pozur
5. Railin yerinə yetirdiyi cərimə zərbəsi effektsiz alınır.
6. Krstanoviç topu ələ keçirib hücuma keçsə də, hakim ofsayd qeydə alır.
10. İbanesin cərimə zərbəsi təhlükəli alınsa da, hər şey bizim üçün yaxşı qurtarır.
12. "Neftçi" futbolçuları bu dəqiqələrdə çox top itkisinə yol verir və rəqib daha bir künc zərbəsi qazanır.
14. Krstanoviçin təhlükəli zərbəsini Stamenkoviç əla reaksiya ilə dəf edir.
15. Rail Krstanoviçə qarşı qaydanı pozur və növbəti cərimə zərbəsi təyin olunur.
16. Alispahiçin yerinə yetirdiyi cərimə zərbəsini müdafiəçilərimiz qaytarır, təkrar zərbəni isə qapıçımız tutur.
19. Əks-hücum zamanı Mpenza topu qapıya doğru vursa da, zərbəsi dəqiq alınmır.
23. Oyun əsasən meydanın mərkəzində gedir.
27. Flavinyonun oyunu heç cür alınmır. Rəqib daha çox topa sahib olur.
29. Mpenzanın daha bir zərbəsi qeyri-dəqiq alınır
33. "Neftçi"nin müdafiə xətti hələ ki, inamlı təsir bağışlayır. Rəqibin təhlükəli hücumlarının qarşısını ala bilir.
34. Krstanoviç Denis Silvaya qarşı qaydanı kobudluqla pozur və hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılır.
37. Alessandronun səhvindən maksimum istifadə edən Badelj dəqiq zərbə ilə hesabı açır - 1:0
38. Sammirin zərbəsi isə qeyri-dəqiq alınır.
40. Kelava çıxışda səhvə yol versə də, Mpenza bunu dəyənləndirə bilmir.
42. Rodriqinyonun uzaqdan zərbəsi isə qapının üstündən keçir.
44. "Neftçi"də ilk əvəzləmə: Mitreskini Cavid Hüseynov əvəzləyir
İkinci hissə başladı
46. İkinci hissə başlayan rəqib fərqi artırır. Rail Məlikovun kobud səhvindən sonra Krstanoviç fərqlənir - 2:0
47. Flavinyonun zərbəsi qapının yanından ötür.
49. Beçirayın zərbəsi dəqiq alınmır
50. Leko Flavinyoya qarşı kobud oynayır və sarı vərəqə alır
54. Oyun əsasən meydanın mərkəzində gedir.
58. Rəqib oyunçu yerdə qalsa da, hakim oyunu saxlamır, daha sonra isə "Dinamo"nun futbolçuları topu meydandan çıxarır.
60. "Neftçi" təhlükəli gəlir, Flavinyonun baş zərbəsi qapının üstündən keçir.
61. Flavinyodan daha bir zərbə qapıçı yaxşı oynayır.
65. Saşa rəqibə qarşı kobud oynayır və baş hakim qapıçımıza sarı vərəqə göstərməklə penalti nöqtəsini göstərir. Krstanoviç vurur və - 3:0
68. "Neftçi" hücuma atılır. Komandamız ənənəvi künc zərbəsini yerinə yetirsə də, son zərbə dəqiq alınmır.
70. "Dinamo" cərimə zərbəsi yerinə yetirir və qapıçımız topu tutur.
72. Rəqib təzyiqi artırır. Müdafiəçilərimiz isə bu dəqiqələrdə müəyyən səhvlərə yol versə də, hər şey bizim üçün yaxşı qurtarır.
74. Krstanoviç yerdə qalır və hakim Alessandroya sarı vərəqə göstərir.
76. Yerko qapıya doğru zərbə endirir və Saşa topu kornerə çıxarır.
80. "Neftçi"nin hücumları nəticəsiz qalır. Rəqib topu özündə saxlamağa üstünlük verir.
82. "Neftçi" hücuma atılır. Yenə də Flavinyonun zərbəsi qapının yanından ötür.
83. Rəqib topu özündə saxlamaqla vaxt keçirir.
85. Nəsimov rəqibə qarşı kobud oynayır və sarı vərəqə ilə cəzalandırılır.
87. "Neftçi" künc zərbəsindən də yararlana bilmir.
89. "Dinamo" oyunun tempini aşağı salmaqla "Neftçi"ni topsuz qoyur.
90. Rəqibin daha bir hücumu nəticəsiz qalır.
İkinci hissəyə 3 dəqiqə əlavə edilir.
Oyun başa çatdı. "Neftçi" "Dinamo"ya 0:3 hesabı ilə məğlub oldu.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi