AZAL-ın yeni baş məşqçisi məlum oldu

AZAL-ın yeni baş məşqçisi məlum oldu
ÖLKƏ FUTBOLU 12 İyul 2011 / 22:32 3125
-  A +

AZAL klubu özünə yeni baş məşqçi tapıb. Qol.Az-ın məlumatına görə, bu, Elxan Abdullayevdir.

Abdullayev Avropa Liqasındakı uğursuzluqdan sonra istefa verən Nazim Süleymanovu əvəzləyib. Süleymanov istefa qərarının qəti olduğunu bəyan etdikdən sonra AZAL rəhbərliyi gənc mütəxəssislə danışıqlara başlayıb. Abdullayevlə yaxın günlərdə rəsmi müqavilə bağlanılacaq.

Qeyd edək ki, Elxan Abdullayevin son işi Qazaxıstanın "Atırau" klubunda köməkçi-məşqçi vəzifəsi olub. O, mayın sonlarında istefa verən Ramiz Məmmədova yardım edib.

Daha çox


Son xəbərlər