“Bavariya”dan Musiala açıqlaması

“Bavariya”dan Musiala açıqlaması
DÜNYA FUTBOLU 27 Noyabr 2026 / 20:32 149
-  A +

“Bavariya” yarımmüdafiəçisi Camal Musialanın zədələndiyi açıqlayıb.

QOL.az xəbər verir ki, Münhen təmsilçisi futbolçunun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlanması ilə bağlı məlumat yayıb.

Klubun tibbi heyətinin bu gün apardığı müayinədən sonra 23 yaşlı oyunçunun qeyri-müəyyən müddətə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Jurnalist Kerri Hau isə daha əvvəl Musialanın 4-6 həftə komandasına kömək edə bilməyəcəyini yazıb.

Almaniyalı futbolçu noyabrın 20-də “Köln”lə Bundesliqa matçından sonra özünü narahat hiss etsə də, noyabrın 25-də Çempionlar Liqasında “Lill”ə qarşı keçirilən oyunda iştirak edib.

Xatırladaq ki, Camal Musiala müalicəsi mümkün olmayan nevroloji xəstəlikdən də əziyyət çəkir. 23 yaşlı futbolçu 2026-cı ilin avqustundan bəri 3 dəfə meydanda huşunu itirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner