Vüqar Nadirov: “Səfərdən sərfəli nəticə ilə qayıdacağıq”

Vüqar Nadirov: “Səfərdən sərfəli nəticə ilə qayıdacağıq”
ÖLKƏ FUTBOLU 12 İyul 2011 / 12:02 2684
-  A +

“Hamı düşünür ki, “Streymur” zəif rəqibdir. “Banqa” ilə oyundan sonra “Qarabağ”ın bu görüşdə də rahat qələbə qazanacağını fikirləşirlər. Amma belə deyil. Çünki Avroliqada zəif rəqib olmur”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Streymur”la oyunöncəsi “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib. Nadirov Farer adalarının komandasını kifayət qədər ciddi rəqib hesab edir:

“Streymur” haqqında elə də geniş məlumatımız yoxdur. Sadəcə internetdə bəzi oyunlarından epizodlara və qollara baxmışıq. Evdə yaxşı oynayan və qol vurmağı bacaran komandadır. Kifayət qədər ciddi rəqibdir. Amma inşallah səfərdən bizə sərf edən nəticə ilə qayıdacağıq”.

“Banqa” ilə ev oyunu barədə də danışan Vüqar həmin görüşdə nisbətən arxayınlaşdıqlarını gzilətməyib: “Açığı, nə qədər istəsək də, bir qədər arxayınçılıq var idi.

İlk görüşdə olduğu kimi, bu dəfə də qol vurmaq istəyirdim. Amma qismət deyilmiş. Allahın köməkliyi ilə qarşıdakı oyunlarda yenidən komandama qələbə gətirən qollara imza atacam”.

Daha çox


Son xəbərlər