Almaniya millisində dəyişiklik

Almaniya millisində dəyişiklik
XƏBƏR 10 Noyabr 2026 / 13:37 140
-  A +

“Leyptsiq”in müdafiəçisi Ridle Baku Almaniya millisinin qarşıdakı Millətlər Liqası oyunları üçün heyətinə dəvət alıb.

QOL.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu yığmanın heyətində Dortmund “Borussiya”sının müdafiəçisi Valdemar Antonu əvəzləyib.

Baku cari mövsümdə 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Anton isə 16 matçda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, Almaniya millisi noyabrın 13-də Serbiya, noyabrın 16-da isə Niderlandla qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.11.26  11:22

200-cü heç-heçə

topaz banner