İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur

İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
DÜNYA FUTBOLU 9 Noyabr 2026 / 20:55 209
-  A +

Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilin rəmzi komandasını açıqlayıb.

QOL.az xəbər verir ki, 73 ölkədən 20 min peşəkar futbolçunun səsverməsi ilə müəyyənləşən komandaya 1 qapıçı, 3 müdafiəçi, 3 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.

“Qızıl top”un sahibi Harri Keyn isə rəmzi komandada yer almayıb.

FİFPro-nun ilin rəmzi komandası:

Qapıçı: David Raya (“Arsenal”)

Müdafiəçilər: Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi (PSJ), Nuno Mendeş (PSJ).

Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real”), Rodri (“Mançester Siti”/“Barselona”), Vitinya (PSJ).

Hücumçular: Erlinq Haaland (“Mançester Siti”), Kilian Mbappe (“Real”), Lionel Messi (“İnter Mayami”), Lamin Yamal (“Barselona”).


Qarabağ FK
Son xəbərlər
topaz banner