“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.
QOL.az xəbər verir ki, hazırda Polşanın “Veçista Krakov” klubunda çıxış edən 26 yaşlı qolkiper “goal.pl” saytına müsahibəsində Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.
O, Polşa çempionatının səviyyəsini daha yüksək qiymətləndirib:
“Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Hər şey. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur”.
Koxalski “Qarabağ”ın Polşa çempionatında hansı yerlər uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı da cavablandırıb:
“Düşünürəm ki, “Qarabağ” ilk üçlük uğrunda mübarizə apara bilər. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilər. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”.
Polşa millisinin son toplanışında iştirak edən qapıçı yenidən yığmaya dəvət almaq istədiyini də bildirib:
“Bilirəm ki, baş məşqçi məni izləyəcək. Sadəcə, mümkün qədər yaxşı oynamalı və az qol buraxmalıyam. Əlimdən gələn budur. Dəvət alacağıma ümid bağlamıram, amma çağırsalar, sevinərəm. Bu mövqeyə çoxlu namizəd var. Ona görə də milliyə düşmək və orada qalmaq üçün daha da yaxşı olmalıyam”.
2029-cu ilə qədər “Veçista Krakov”la müqaviləsi olan Koxalski gələcəkdə daha güclü kluba keçmək ehtimalını da istisna etməyib:
“Hər bir futbolçu inkişaf etmək, irəli getmək və ən yaxşı klublarda oynamaq istəyir. Əgər həm mənim, həm də klubumun xeyrinə olacaq fürsət yaransa, bu, yaxşı olar. Amma hazırda əsas məqsədim bu deyil. “Veçista”ya yenicə qoşulmuşam və mümkün qədər yaxşı oynamalıyam. Əlbəttə, yüksək liqadan, böyük klubdan təklif alsam, düşünürəm ki, hamı məni başa düşər. Belə təklifi qəbul edərəm. Futbolçunun karyerası da belə inkişaf etməlidir. Ancaq hələlik klubumu dəyişməyi planlaşdırmıram”.
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı