“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu

“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2026 / 21:58 8907
-  A +

Bu gün “Turan Tovuz” Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq matçında üz-üzə gəlib.

QOL.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. 

Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyiblər.

Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

3 oktyabr

20:00. “Turan Tovuz” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə) - 0:2

Qol: Kante, 60, Çağrı Balta, 74

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner