“Atletiko”, yoxsa "Real”? - La Liqada derbi günü

“Atletiko”, yoxsa "Real”? - La Liqada derbi günü
DÜNYA FUTBOLU 20 Sentyabr 2026 / 13:58 418
-  A +

Bu gün İspaniya La Liqasında Madrid derbisi keçiriləcək.

QOL.az xəbər verir ki, “Atletiko” öz meydanında “Real”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Hazırda turnir cədvəlinə 7 oyundan maksimum nəticə göstərən “Barselona” başçılıq edir. Kataloniya təmsilçisinin 21 xalı var.

Bir oyun az keçirən “Real” 15 xalla 2-ci pillədə qərarlaşıb. Eyni xala malik “Betis” 3-cü, 13 xalı olan “Atletiko” isə 4-cü yerdədir.

“Real” Madrid derbisində qalib gələcəyi təqdirdə xalını 18-ə çatdıraraq lider “Barselona” ilə fərqini 3 xala endirəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner