“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi

“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
ÇEMPİONLAR LİQASI 5 Sentyabr 2026 / 07:50 916
-  A +

“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

QOL.az xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib. 

“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)

Xatırladaq ki, Liqa mərhələsində “Sabah” səfər oyunlarında isə “Mançester Yunayted" (10 noyabr), “Vikinq” (4 noyabr), “Vilyarreal” (8 dekabr) və “Arsenal”la (27 yanvar) qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner