Leandro Andrade “Polesye”də qol hesabını açdı

Leandro Andrade “Polesye”də qol hesabını açdı
DÜNYA FUTBOLU 5 Sentyabr 2026 / 01:15 300
-  A +

Bu yay “Qarabağ”ı “Polesye”yə dəyişən Leandro Andrade yeni klubunda qol hesabını açıb.

QOL.az xəbər verir ki, bu gün Ukrayna çempionatının 5-ci turunda “Polesye” öz meydanında “Kudrivka”nı 5:1 hesabı ilə məğlub edib. 

İkinci hissədə Nazarenkonun əvəzinə meydana çıxan Andrade 87-ci dəqiqədə fərqlənməklə matçda son nöqtəni qoyub. Bu, Leandronun “Polesye”nin heyətində 7-ci rəsmi matçda ilk qoludur. Daha əvvəl sabiq “Qarabağ”lı “Xarkov” və “Şaxtyor”la görüşlərdə məhsuldar ötürmə ilə yadda qalmışdı. 

Qeyd edək ki, 5 turdan sonra 12 xalı olan “Polesye” Ukrayna çempionatında liderdir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner