"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı - Yenilənir

"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı - Yenilənir
PREMYER LİQA 30 Avqust 2026 / 18:00 3398
-  A +

Misli Premyer Liqasında 3-tur davam edir.

QOL.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşır. Qərb derbisi saat 18:00-da başlayıb. Bununla da "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxıb.

Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Hazırda 6 xalla turnir cədvəlinin 1-ci və 2-ci pilləsində qərarlaşan komandaların görüşü saat 20:15-də start götürəcək.

30 avqust 

Misli Premyer Liqası, 3-cü tur

18:00.“Kəpəz” – “Turan Tovuz” - 0:0 (Birinci hissə)
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu

20:15.“Zirə” – “Neftçi”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu

29 avqust

“Şəfa” - “İmişli” - 0:1

 “Qəbələ” - “Şamaxı” - 0:0 

31 avqust 

18:00. “Araz-Naxçıvan” - “Sabah”

20:15. “Sumqayıt” - “Qarabağ”

Bomdardirlər:

Breno Almeyda (“Neftçi”) - 4 qol

Aydın Eren (“Zirə”) - 2 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner