İyunun 30-da Belarusun "Minsk" klubu ilə oynayacağı Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasından öncə AZAL komandasının baş məşqçisi Nazim Süleymanov mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Süleymanov əvvəlcə görüşə hazırlıq barədə danışıb.
O bildirib ki, iyunun 8-dən başlanan proses 3 mərhələdən ibarət olub. Komanda 22 gün ərzində fiziki, texniki, taktiki, psixoloji hazırlıq üzərində çalışıb. Gənc mütəxəssis AZAL-ı "Minsk"lə matça 75-80 faiz hazır sayıb. Süleymanovun fikrincə, 100 faiz hazırlığa vaxt azlığı mane olub: "Bu qısa vaxtda 100 faiz hazır olmaq çətindir. İnanıram ki, oyundan sonra bu faizlər qalxa bilər. Çünki qələbə əhval-ruhiyyəni artırır, psixoloji durumu daha da yaxşılaşdırır. Bu mənada ilk oyundan çox şey asılıdır. Əsas fikrimizi sabahkı görüşə yönəltmişik. Düzdür, kubok 2 oyundan ibarətdir və qalibin adına cavab görüşündə aydınlıq gələcək. Rəqibi ilk olaraq evdə qəbul etdiyimizdən, müsbət nəticə qazanmaq istəyirik. Bizə necə xeyirdirsə, elə də olmalıdır".
Hazırlıq prosesi zamanı AZAL ciddi rəqiblərlə yoxlama oyunu keçirməyib. Tələbələrlə 2 dəfə üz-üzə gələn komanda 3 dəfə ikitərəfli oyuna çıxıb. Lakin baş məşqçi futbolçularına inandığını söyləyib: "Əlbəttə, güclü rəqiblərlə özümüzü sınamaq istəyirdik. Onda futbolçularımızın oyuna tam hazır olub-olmadıqlarını daha yaxından yoxlaya bilərdik. Mən futbolçularıma inanıram, güvənirəm. İnanıram ki, sabah meydanda öz oyunları ilə öz sözlərini deyəcəklər".
Baş məşqçi həmkarlarımızdan birinin AZAL-ın müdafiəyə meylli futbol onaması fikri ilə razılaşmayaraq bildirib ki, çempionatda 36 qolu arxa xəttdən vurmayıblar: "Evdə oynadığımızdan, hücum taktikasını seçmək lazımdır. Əlbəttə, azarkeşlərimiz, stadionumuz üstünlük verir. Mən baş məşqçi kimi fikirlərimi bildirirəm. Ancaq sizin sualınıza cavabı futbolçular meydanda verəcəklər. Adətən avrokubokda ilk oyunu səfərdə keçirmək psixoloji üstünlük verir. Ancaq bu mərhələ 2 oyundan ibarətdir və hər 2 matça çıxmalısan. Əlbəttə, qalib gəlmək üçün mütləq hücum edib, qol vurmaq lazımdır. Ancaq hücumu edərkən, müdafiəni unutmamaılıyıq. Evdə oynadığımızdan, qətiyyən qol buraxmamalıyıq. Öz meydanımızda imkan daxilində çox qol vurub, səfərə üstünlüklə yollanmalıyıq. Şüvəlanda ilk oyunda “Bakı”nı çempionatda udduq. İstəyirik ki, avrokubokada da yeni stadionumuzda ilk görüşdə qalib gələrək, tarix yazaq".
"Minsk" komandası barədə də danışan Süleymanov rəqibin "Dinamo"ya səfərdə 2:1 hesabı ilə qalib gəldiyi oyunun diskinə baxdıqlarını vurğulayıb. O, Azərbaycanda fərqli olaraq, Belarusda çempionatın qaynar dövrə qədəm qoyduğunu söyləyib. Baş məşqçinin fikrincə, "Minsk" əks-hücumlarda yaxşı oynayır: "Biz öz qazanımızın nə vaxt qaynayacağını bilmirik. Ancaq onlarda qazan artıq qaynayır, alışıb-yanır. Məgər “Real”, “Barselona”ya qarşı oynamaq olmaz? Sadəcə, 90 dəqiqədə öz komandanın gücünü göstərmək lazımdır. "Minsk" əks-hücumlarda yaxşı oynayır. Orta xətdə Kot dİuvardan futbolçuları var. O, öz ötürmələri ilə cinahları işlədir. Sağda oynayan kapitanları pis təsir bağışlamır. Rəqib tez ötürmələr verir, qapıya çox zərbə vurur, standart vəziyyətlərə fikir verirlər. Künc zərbəsindən ev tapşırıqlarını yerinə yetirirlər".
Lakin gənc mütəxəssis izlədiyi disklərə əsasən, "Minsk"in Azərbaycan Premyer Liqasında ilk "6-lığ"a düşməyə layiq olmadığını açıqlayıb. "Biz təkcə özümüzü yox, Azərbaycanı, futbolumuzu təmsil edirik. Həm evdə, həm də səfərdə xal qazanıb, ölkəmizin reytinqini yüksəltməliyik. Əgər “Minsk”i keçməyəcəyəmsə, niyə işləyirəm? Ərizəmi yazıb gedərəm. Bu rəqibi keçməməyi özüm üçün faciə sayacağam. Mən futbolçularıma çox inanıram. Ancaq bu, o demək deyil ki, “Minsk” zəifdir. Rəqib haqda dediklərim mənim şəxsi fikrimdir. Biz çox şey deyə bilərik, ancaq bunun hamısı meydanda görünəcək".
Yeni transfer Branislav Arseniyeviç son anda AZAL-ın iştirak ərizəsinə daxil edilib. Süleymanov Arsenyeviçin hər iki ayağı ilə yaxşı işlədiyini, ucaboylu olduğunu, uzun ötürmələr verdiyini və hücuma yaxşı qoşulduğunu söyləyib: "O da bizim kimi hələ formasını tam yığmayıb. Ancaq bizə xeyir verə bilər. Bizdə 4 müdafiəçi vardı. Branislavla say 5 oldu. Bizə müdafiəçi çox lazım olduğundan, serbiyalını heyətimizə qatdıq".
Bununla yanaşı, AZAL ən yaxşı bombardiri Qvidas Yuşka ilə vidalaşıb. Əvəzində "Muğan"dan Elşən Məmmədov transfer edilib. Baş məşqçinin fikrincə, litvalı hücumçu yerlilərdən heç də üstün deyil: "Yuşka çempoonatda pis təsir bağışlamadı. Qollar vurdu, komandamıza xallar qazandırdı. Ancaq son oyunlarda ayağını qoruyurdu. Halbuki futbolçu lazım olsa, komanda üçün başını da qoymalıdır. Əgər ayağını qoymursa, başını necə qoya bilər? Futbolçu meydanda mübarizə apararaq, özünü sübut etməli, heyətdə yerini özü təsdiqəməlidir. Elşən Məmmədov yerli futbolçudur, ona inanırıq. Komandamızda 4-5 hücumçu var. Düzdür, hücumda böyük rəqabət yoxdur. Baxışa hücumçular çağırmışdıq. Ancaq baxışa gələn hücumçu Elşəndən, Cavid Rəhimovdan zəifdirsə, onu niyə götürək?"
Süleymanov bildirib ki, növbəti mərhələyə yüksəlsələr, yeni transferlər mütləq olacaq. Artıq Albaniya yığmasının futbolçusu Elvin Bulku transfer edilib. Hər mərhələdə isə yalnız bir yeni futbolçu sifariş etmək olar.
Vaxtilə futbolçu kimi də qitəmiqyaslı yarışlara qatılmış Süleymanov oyunçu və baş məşqçi kimi keçirdiyi hisslərin fərqli olduğunu deyib: "Siz bu sualı verməklə, məni keçmişə qaytardınız. Futbolçu və məşqçi kimi keçirdiyim hisslər bir-birindən fərqlənir. Futbolçu olduğum zaman meydanda olan 10 komanda yoldaşımın hamısından yaxşı olmaq istəyirdim. Ancaq indi oyun zamanı 11 yox, 18 futbolçuya cavabdeh olacağam. İştirak ərizəsindən kənarda qalan, yəni 24 futbolçunun hamısına görə məsuliyyət daşıyıram. Əvvəl təkcə özüm üçün məsuliyyət daşıyırdımsa, indi hamı üçün cavabdehəm. Əlbəttə, indi daha çətindir".
“Minsk”in idman direktoru Aleksandr Alekseyçikovla vaxtilə “Neftçi”də komanda yoldaşı olan Nazim Süleymanov onunla püşkatmadan sonra telefonla da danışıb. Bu işdə onlara AZAL-ın prezidenti Vaqif Qasımov yardımçı olub: "Alekseyçikov yaxşı futbolçu idi. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı, yaxşı ötrümələr verirdi. O, İsveçərədə keçirilən püşkatmada klubumuzun prezidenti Vaqif Qasımovla görüşüb. Püşkdən sonra Vaqif müəllim mənimlə danışdığı vaxt telefonu ona verdi. Alekseyçikov mənə azərbaycanca dedi ki, tələsməyin. Ancaq onun bununla nəyi nəzərdə tutduğunu bilmədim".
Qeyd edək ki, oyunöncəsi mətbuat konfransında “Minsk”in baş məşqçisi Vitali Tarakanov iştirak etməyib. Süleymanov bunu özünə qarşı hörmətsizlik saymadığını deyib: "Yəqin ki, vaxtı yoxdur, bu gün gəliblər. Hər kəsin fikirnə hörmətlə yanaşıram. Bəlkə problemi var, bunu bilmək lazımdır. Hər şey ola bilər. Hər ikimiz baş məşqçiyik. Həmkar kimi bir-birimizə hörmətlə yanaşmalıyıq".
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi