Blindin "Ayaks"a dördüncü gəlişi

Blindin "Ayaks"a dördüncü gəlişi
XƏBƏR 8 İyul 2026 / 13:32 366
-  A +

Niderlandın "Ayaks" klubu müdafiəçi Deyli Blindin transferini rəsmən elan edib.

QOL.az xəbər verir ki, 36 yaşlı futbolçu "Jirona"dan ayrıldıqdan sonra azad agent kimi Amsterdam təmsilçisinə qoşulub. Onunla 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu, Blindin "Ayaks"a dördüncü gəlişidir. O, ilk dəfə 9 yaşında klubun akademiyasına qoşulub və 2008-ci ildə əsas komandada debüt edib. Daha sonra 2010-cu ildə "Qroningen"dəki icarədən qayıdıb, 2018-ci ildə isə "Mançester Yunayted"dən transfer olunaraq yenidən Niderland klubunun formasını geyinib.

Qeyd edək ki, Blind "Ayaks"ın heyətində 333 oyunda 13 qol vurub. O, klubla 7 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Təcrübəli müdafiəçi karyerası ərzində "Mançester Yunayted", "Bavariya" və "Jirona"nın da formasını geyinib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner