“Tvente” Vaqif Cavadovla müqaviləni ləğv etdi

“Tvente” Vaqif Cavadovla müqaviləni ləğv etdi
ÖLKƏ FUTBOLU 29 İyun 2011 / 18:55 3039
-  A +

Vaqif Cavadovun Avropa macərası başa çatıb. Qol.Az-ın “Tvente” klubunun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın üzvü hollandiya klubu ilə yollarını rəsmən ayırıb.

“Tvente”nin yeni baş məşqçisi Ko Adrianse həmyerlimizi komandasında görmək istəmədiyini bildirib və futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Cavadov ötən mövsümü icarə əsasında “Bakı”da keçirdikdən sonra “Tvente”yə qayıdıb. Hətta hücumçu holland klubunun heyətində məşqə də çıxıb. Ancaq Enşede təmsilçisinin yeni baş məşqçisi Ko Adrianse Vaqifin xidmətinə ehtiyac duymayıb.

Daha çox


Son xəbərlər