Keyn mundiallar tarixinə belə düşdü

Keyn mundiallar tarixinə belə düşdü
DÇ-2026 6 İyul 2026 / 12:18 670
-  A +

İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyunda (3:2) maraqlı göstəriciyə imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, o, bir dünya çempionatı matçında qol vuran, məhsuldar ötürmə edən və penaltiyə  səbəb olan ilk futbolçudur.

Keyn görüşün 38-ci dəqiqəsində Cud Bellinqemin qolunda məhsuldar ötürmənin müəllifi olub. İngiltərə millisinin kapitanı 60-cı dəqiqədə isə Entoni Qordona qarşı qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirib.

Lakin 69-cu dəqiqədə Keyn öz cərimə meydançasında Brayan Qutyerresə qarşı qaydanı pozub və hakim penalti təyin edib. Raul Ximenes 11 metrlik cərimə zərbəsini qola çevirib.

Qeyd edək ki, İngiltərə millisi dramatik keçən qarşılaşmada Meksikanı 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner