Xəbər verdiyimiz kimi, dünən məşhur italiyalı hakim Roberto Rozetti Rusiya Hakimlər Komitəsinin sədri təyin olunub.
Qol.Az-ın məlumatına görə, məşhur italiyalı sabiq referi ilə 3 illik müqavilə imzalanıb.
Bu isə o anlama gəlir ki, Rusiya Futbol İttifaqı hakimliklə bağlı bütün səlahiyyətləri və nəzarəti italiyalı referiyə həvalə edib.
Yeri gəlmişkən, keçmiş SSRİ məkanının daha bir ölkəsi - Ukraynada isə hakimlərin işinə nəzarəti keçmiş ünlü hakim, italiyalı Pyerluici Kollina həyata keçirir. O, burada əlaqələndirici vəzifəsini icra edir.
Azərbaycan hakimlərindən narazılığın az olmadığı bir vaxtda analoji qərarlar bizdə də qəbul oluna bilərmi? Hakimlərimizin işinə məşhur əcnəbi referilərin nəzarət etməsi mükündürmü?
Məsələylə bağlı Qol.Az-ın müxbiri AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova müraciət edib.
X.Məmmədov bu cür addımları mənasız və əhəmiyyətsiz saydığını söyləyib.
«Hesab edirəm ki, bizim futbola kollinalar və rozettilər lazım deyil. Bu yaxınlarda Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı tədbirlərdə Belorusiya Futbol Federasiyasının vitse-prezidentindən soruşdum ki, rusiyalı Nikolay Levnikov sizin hakimliyə nə verdi? Dedi, heç nə, əksinə, o, bizi 10 il geriyə saldı.
Və ya götürək, Kollinanı. Məgər o, Ukrayna hakimliyinə fövqəladə nəsə verib? Kollina ayda bir-iki dəfə gəlib hakimlərin işinə nəzarət edir. Onun Ukrayna hakimliyinə yeganə xeyri budur ki, həmin ölkənin referiləri UEFA oyunlarına, deyək ki, iki yox, səkkiz dəfə təyinat alır. Hesab edirəm ki, komitənin sədri Vadim Şevçenko Kollinadan daha yaxşı işləyir. Kolina vaxtının çoxunu Ukraynada deyil, UEFA-da keçirir» - deyə X.Məmmədov bildirib.
O qeyd edib ki, italiyalı Rozettinin də Rusiya hakimliyinə xeyir verəcəyinə inanmır: «Onun son dünya çempionatındakı biabarçı səhvi hamının yadındadır. Məhz bu səhvdən sonra Rozetti hakimlikdən getdiyini bildirdi. Fikrimcə, ruslar özləri hakimliyə daha yaxşı nəzarət edə bilərlər.
Ümumiyyətlə, bir əcnəbinin başqa bir ölkədə işləməsi üçün onun təcrübəsi kifayət deyil. Gərək, həm də oranın mentalitetinə yaxından bələd olasan. Bu mənada, hesab edirəm ki, bizə əcnəbi hakimlər və idarəçilər lazım deyil. Biz öz hakimlərimizə güvənməliyik» - deyə X.Məmmədov bildirib.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi