"Bakı"nın sabiq məşqçisi "Xəzər Lənkəran"da

"Bakı"nın sabiq məşqçisi "Xəzər Lənkəran"da
ÖLKƏ FUTBOLU 29 İyun 2011 / 10:27 2761
-  A +

“Xəzər Lənkəran” klubuna yeni idman direktoru təyin edildi. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandanın aşağı yaş qruplarına rəhbərliyi türkiyəli mütəxəssis Cüneyt Biçər həyata keçirəcək.
 
35 yaşı olan gənc mütəxəssis "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" klublarında çalışıb. Çalışdırcının son iş yeri isə Türkiyənin “Altay”  klubu olub. Geridəqalan mövsümdə Biçər orada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
 
Məşqçinin artıq ölkəmizdə iş təcrübəsi olduğunu da qeyd edək. Belə ki, o, “Bakı” klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və həmçinin bir müddət baş məşqçi vəzifəsində işləyib.

Ötən mövsümün sonlarında baş məşqçi Bülənt Qorxmazı əvəzləyən Biçər "Bakı"nı Premyer Liqada ikinci pilləyə yüksəltməklə yanaşı, komanda ilə Azərbaycan kubokuna da sahib çıxmışdı.  

Qeyd edək ki, "Xəzər Lənkəran"la Cüneyt Biçər arasında iki illik müqavilə imzalanıb.

Daha çox


Son xəbərlər