Almaniya millisində itki

Almaniya millisində itki
DÇ-2026 24 İyun 2026 / 21:17 425
-  A +

Almaniya millisinin müdafiəçisi Nataniel Braun dünya çempionatının qrup mərhələsinin son turunda Ekvadorla oyunu buraxa bilər.

QOL.az xəbər verir ki, “SPORT1”in məlumatına görə, futbolçu əzələsindəki yüngül zədəyə görə bu gün fərdi proqram əsasında məşq edib. Bildirilir ki, bu addım ehtiyat məqsədi daşıyır və baş məşqçi Yulian Naqelsman müdafiəçini riskə atmaq istəmir.

Məlumata əsasən, Ekvadorla matçda Almaniya millisinin sol cinah müdafiəçisi kimi David Raumun start heyətdə yer alacağı gözlənilir.

Xatırladaq ki, Ekvador - Almaniya matçı iyunun 26-da, Bakı vaxtı ilə 00:00-da keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner