FIFA prezidenti Canni İnfantino DÇ-2026-da tətbiq olunan su fasilələri ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, ilk dəfə bu mundialda tətbiq edilən qaydaya əsasən, oyunların 22-ci və 67-ci dəqiqələrində 3 dəqiqəlik su fasiləsi verilir. Həmin vaxt sonradan hər hissənin əlavə vaxtına artırılır.
İnfantino bu qərarın əsas səbəbinin isti hava şəraiti olduğunu bildirib:
"Əsas səbəb istidir. Lakin nəzərə almalıyıq ki, dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq 8 oyun keçirə bilər. Belə şəraitdə istirahət etmək imkanı son dərəcə vacibdir.
Bütün komandaların hər matçda eyni şərtlər altında çıxış etməsini təmin etmək bizim üçün əsasdr. Məşqçinin yalnız havanın daha isti olmasına görə oyuna təsir etmək imkanı qazanması, başqa oyunda isə temperaturun aşağı olması səbəbindən bu imkandan məhrum qalması düzgün deyil. Buna görə də su fasilələri bütün matçlarda tətbiq olunur və hamı üçün bərabər şərait yaradılır".
FIFA rəhbəri bu qərarın maliyyə məqsədi daşımadığını da vurğulayıb: "FİFA bundan əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Buna görə də burada maliyyə məsələsi yoxdur. Bu, sırf idmanla bağlı qərardır".
Qeyd edək ki, su fasiləsi qaydası və fasilə zamanı müxtəlif reklam elementlərinə yer verilməsi futbol ictimaiyyətinin narazılığına və müzakirələrə səbəb olub.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer