Ueyn Runinin rekordunu qırdı

Ueyn Runinin rekordunu qırdı
XƏBƏR 24 İyun 2026 / 15:26 1053
-  A +

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem yığmanın tarixində yeni rekord müəyyənləşdirib.

QOL.az xəbər verir ki, bu haqda "Opta" məlumat yayıb.

22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə keçirilən oyunda (0:0) start heyətində meydana çıxıb. O, İngiltərə millisində 50-ci matçını keçirib.

Beləliklə, Bellinqem yığma tarixində 50 oyun həddinəçatan ən gənc futbolçu olub - 22 yaş 359 gün. O, Ueyn Runiyə məxsus olan rekordu yeniləyib. Runi 23 yaş 159 günlüyündə İngiltərə millisində 50 oyun həddinə çatmışdı.

Qeyd edək ki, İngiltərə yığması növbəti görüşünü iyunun 27-də Panama millisinə qarşı keçirəcək.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner