Yeni müqavilədən imtina etdi, "Tottenhem"ə keçdi

Yeni müqavilədən imtina etdi, "Tottenhem"ə keçdi
DÜNYA FUTBOLU 10 İyun 2026 / 21:25 690
-  A +

İngiltərənin “Tottenhem” klubu “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesini heyətinə qatıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Argentinalı futbolçu London təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və komandada 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Senesi 2022-ci ildə “Feyenoord”dan “Bornmut”a 12,6 milyon funt sterlinq qarşılığında keçib. O, müqaviləsini yeniləməkdən imtina edərək azad agent kimi “Tottenhem”ə qoşulub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner