"O parka görə hər kəs "Qarabağ"ı xatırlayacaq"

"O parka görə hər kəs "Qarabağ"ı xatırlayacaq"
ÖLKƏ FUTBOLU 26 İyun 2011 / 23:29 2997
-  A +

"Açığı, futbol mənim üçün ilk növbədə işdir. Çünki yayda müştərilərimizın hamısı futbol klubları olur. "Qarabağ" oteli tərk etdikdən sonra 7 klub təlim-məşq toplanışı üçün bizdə məskunlaşacaq. Amma "Qarabağ" bizim üçün tam başqa dünyadır. "Qarabağ"ın futbolçusundan tutmuş, işçisinə kimi hər birini tanıyırıq.

Tam səmimiyyətlə deyirəm ki, "Qarabağ" bizim üçün müştəri deyil. Artıq o qədər doğmalaşmışıq ki, "Qarabağ"ı öz komandamız bilirəm". Qol.Az-ın məlumatına görə, bunu Türkiyənin Qızılcahamam bölgəsində "Soyuq Su" qoruğunda yerləşən "Patalya" otelinin müdiri Okan Akca "Qarabağ"ın rəsmi saytına açıqlamasında deyib.

Akca otel ərazisində xatirə parkı salınması ideyasının özünə məxsus olduğunu söyləyib: "Fikirləşdim ki, "Qarabağ"a nə hədiyyə edə bilərik? Hər hansı maddi hədiyyənin anlamı olmayacaqdı. Bizdə belə bir deyim var: "Hər insanın bu həyatda əkdiyi bir ağac olmalıdır". Ona görə də "Qarabağ"ın xatirəsini əbədiləşdirmək üçün xatirə parkı salmaq istədik. Hətta illər keçsə, biz burda olmasaq da, o parka görə hər kəs "Qarabağ"ı xatırlayacaq".

Türkiyədə heç bir klubun tərəfdarı olmadığını deyən otel müdiri yalnız "Qarabağ"a azarkeşlik etdiyini açıqlayıb: "Özüm futbol azarkeşi deyiləm. İnanmayacaqsınız, amma Türkiyədə azarkeşlik etdiyim heş bir komanda yoxdu. Sadəcə, "Qarabağ"a azarkeşlik edirəm. O da bir ailə olduğumuz üçün. Hətta, Azərbaycanla Türkiyə oynayanda Rəşad qol vuranda "qol" deyə qışqırdım. Rəşadın "Qarabağ"ın futbolçu olması məni belə sevindirmişdi".

Akca "Qarabağ"ın bütün fəaliyyətini izlədiyini və komandanın son 2 ildə Azərbaycan çempionatını 3-cü pillədə bitirməyindən xəbərdar olduğu deyib. O, "Qarabağ"ın daha da irəliləməsini istəyir: "Avrokuboklar isə bir başqa aləmdir. "Qarabağ"ın oyunlarını televiziya vasitəsiylə izləmişəm.  Əldə etdiyi uğurlara biz bir başqa sevinmişik. Axı, "Qarabağ" hər il Avrokuboklara bizim yanımızda hazırlaşıb gedir. Necə deyərlər, atalar 3-den deyib. Bu il "Qarabağ"dan həm çempionatda, həm də avrokubokda daha yüksək nəticələr gözləyirəm və komandama hər 2 yolda uğurlar arzulayıram".  

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi