Xorvatiya mətbuatı “Neftçi” və onun oyunçuları barədə yazmağa davam edir. Qol.Az-ın məlumatına görə, ölkənin məşhur “Sportske Novosti” qəzeti bugünkü sayında “ağ-qaralar”ın belçikalı hücumçusu Emil Mpenzadan bəhs edən geniş yazı hazırlayıb. Mətbu orqan yazıda forvardın karyerası ilə yaxından maraqlanan belçikalı idman jurnalist Emil Vandervildenin fikirlərinə yer verib. Maraqlı olacağını nəzərə alıb, həmin yazını oxucularımıza təqdim edirik.
“Emil Mpenza bir vaxtlar Belçikanın ən istedadlı futbolçularından biri idi. Ancaq pul və qadın onun ağlını başından aldı. Hətta futbolçunun pula, maşına hərisliyi ilə bağlı məşhur lətifə də var:
Deyilənə görə, Mpenza bir gün maşın almaq üçün “Ferrari” salonuna girir və özünə yeni model bir avtomobil alır. Dərhal maşına əyləşən futbolçu, onu sürüb ordan uzaqlaşır. Təxminən iki saatdan sonra Mpenza yenidən həmin salona qayıdır. Satıcı futbolçunun dükanda nəyisə unutduğunu düşünür. Ancaq Mpenza heç nə unutmadığını bildirir. Belə olan halda satıcı ondan geri qayıtmasının səbəbini soruşur və gözləmədiyi cavabla qarşılaşır: “Yeni maşın alacam”. Mpenzanın cavabından təəccüblənən satıcı sonradan başa düşür ki, futbolçu iki saatın içində maşını vurub.
Bunu xatırlatmaqla onun pula, qadına və maşına olan həvəsini oxuculara çatdırmaq istəyirəm. Mpenza 18-19 yaşında elə təsir bağışlayırdı ki, çoxları onun 5 ildən sonra “Real”da çıxış edəcəyini düşünürdü. Ancaq iş elə gətirdi ki, futbolçu hazırda Azərbaycan çempionatında oynayır.
Onun karyerasında meneceri həlledici rol oynayırdı. Çünki öz başı qadına, pula qarışmışdı. 2009-cu ildə Mpenza “Sion”un heyətində olduqca inamlı çıxış etdi və yenidən iddialı klubların diqqət mərkəzinə düşdü. Təsadüfi deyil ki, “Ayaks”, “Vulherempton” və “Bləkbörn” kimi komandalar onunla yaxından maraqlanırdılar. Ancaq nəticəd futbolçu yenə pulu karyeradan üstün tutdu və “Neftçi”ni seçdi.
Mpenzanın yaxşı potensialı var. İstəsə, Enço Şifo, Yan Kulemans və Mark Uilmots kimi futbol dahiləri ilə bir sırada yer ala bilər. Onun ağlı yalnız pul, qadın və maşına işlədiyindən, əlinə düşən imkanlardan yararlana bilmir. 28 yaşı olanda, “Şalke”dən ciddi təklif almışdı. Karyerasında yeni səhifə aça bilərdi. Ancaq o, yenə pulu üstün tutdu və neft diyarı olan Qətərin “Əl Rəyan” klubuna keçdi.
Artıq futbolçu karyerasının son illərini yaşayır. “Neftçi” azarkeşləri ondan məmnundular. Bəs görəsən Mpenza necə, öz həyatından razıdır? Son altı ay ərzində cəmi bir dəfə şəhərin mərkəzindən keçib. Əsas yaşayış tərzi məşqlə ev arasındadır.
Belçikanın ən gözəl qızı və saymaqla bitməyəcək qədər qadın. Onun həyat tərzi budur. Bunlar olmasaydı, indi daha yaxşı yerlərdə ola bilərdi. Çünki özü də mehriban və sakit oğlandır.
Bir neçə cənubi amerikalı ilə birlikdə, “Neftçi”nin ən yaxşı oyunçusudur. Ancaq qarşlıdakı illər ərzində mənə elə gəlir ki, onu elə də çox belçikalı azarkeş xatırlamayacaq”.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi