Ansi Aqolli: “Avroliqada zəif rəqib olmur”

Ansi Aqolli: “Avroliqada zəif rəqib olmur”
ÖLKƏ FUTBOLU 25 İyun 2011 / 16:40 2659
-  A +

“Avroliqada zəif rəqib olmur. Düzdür, biz elə də çox tanınmayan bir komanda ilə qarşılaşacağıq. Ancaq çox diqqətli olmalıyıq. Çünki Litva çempionatı hələ davam edir və rəqib yaxşı formadadır”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Qarşıdakı oyuna hazır olduqlarını söyləyən legioner futbolçu “Banqa”nı keçəcəklərinə inanır:

“Bu komanda haqqında kifayət qədər məlumatımız var. Ən əsası isə bilirik ki, “Banqa” Litva çempionatında çıxış edir və hazırda oyun praktikaları bizdən çoxdur. Mən belə düşünürəm ki, “Qarabağ” bu oyuna tam hazırdır. Komandada vəziyyət əladır. Hamı böyük səbirsizliklə bu matçı gözləyir. Birinci oyun bizim üçün çox vacibdir. İnşallah, yaxşı nəticə əldə edib, “Banqa”nı keçəcəyik”.

Rauf Əliyevin zədələnməsinə münasibət bildirən Aqolli Bəxtiyar Soltanovun hücumçunun yoxluğunu hiss etdirməyəcəyini düşünür:
Hamı bilir ki, Rauf “Qarabağ” üçün çox önəmli oyunçudur. İnanıram ki, tezliklə sağalıb, ikinci görüşdə “Qarabağ”a kömək edəcək. Ancaq mən belə düşünürəm ki, Bəxtiyar Raufun yoxluğunu elə də hiss etdirməyəcək və bizə çox xeyiri olacaq Mən Soltanovu yaxşı tanıyıram. “Bakı” ilə görüşdə ona qarşı oynamışan. Gənc və perspektivli, eyni zamanda yaxşı futbolçudur. Bəxtiyara qarşı oynamaq istənilən müdafiəçi üçün çətindir”.

Təcrübəli futbolçu “Banqa”nı keçəcəkləri təqdirdə, üçüncü təsnifat mərhələsindəki rəqibləri olacaq Farer Adalarının “Streymur” klubu barədə isə hələlik düşünmədiklərini bildirib:
“Hələlik “Banqa” ilə oyunu düşünürük. Bütün komanda bu qarşılaşmaya köklənib. Allahın köməkliyi ilə “Banqa”nı keçəndən sonra, “Streymur” haqqında düşünmək olar”.

Daha çox


Son xəbərlər