Tosin Dosunmu: “Makkabi”yə qol vurmaq istəyirəm”

Tosin Dosunmu: “Makkabi”yə qol vurmaq istəyirəm”
ÖLKƏ FUTBOLU 25 İyun 2011 / 12:57 3398
-  A +

“Xəzər Lənkəran”nın Belçikanın “Jerminal” klubundan transfer etdiyi Tosin Dosunmu bu komandaya keçidi ilə bağlı təəssüratlarını bildirib. Qol.Az-ın “12-ci oyunçu” fan-klbunun rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı hücumçu Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibləri olan Tel-Əviv “Makkabi”sinə qol vurmaq istədiyini söyləyib:

“Xəzər Lənkəran”a keçdiyim üçün çox şadam. Komandanın Avroliqadakı uğurlarında pay sahibi olmaq istəyirəm. İyulun 14-də səfərdə “Makkabi” ilə qarşılaşacağıq. Bu oyunda qol vurmaqla, həm komandaya xeyir vermək, həm də öz doğum günümə hədiyyə etmək istəyirəm”.

Qeyd edək ki, iyulun 15-da 31 yaşını qeyd edəcək forvardı Mirça Rednik məhz Avropa təcrübəsinə görə “Xəzər Lənkəran”a dəvət edib.

Daha çox


Son xəbərlər