PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək

PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
XƏBƏR 29 May 2026 / 19:28 123
-  A +

PSJ Çempionlar Liqasının finalında "Arsenal"a qalib gəlsə, futbolçularına böyük məbləğdə pul mükafatı verəcək.

QOL.az xəbər verir ki, bu haqda "L`Equipe" məlumat yayıb.

Paris təmsilçisi ÇL-in qalibi olacaqları təqdirdə hər biri oyunçusuna 1 milyon avro bonus ayıracaq.

PSJ oyunçuları ötən yarışın finalında "İnter"i 5:0 hesabı ilə məğlub etdikləri üçün eyni məbləğdə mükafat qazanıblar.

Qeyd etmək lazımdır ki, bonus məbləğləri mövsümün əvvəlində müzakirə olunmuşdu. Fransa nəhənglərinin rəhbərliyi ilə danışıqlarda 4 komanda kapitanı — Markinyos, Usman Dembele, Aşraf Hakimi və Vitinya iştirak edirdi.

Xatırladaq ki, final görüşü mayın 30-da, Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. 


Son xəbərlər
topaz banner