Trippyerin yeni klubu məlum oldu

Trippyerin yeni klubu məlum oldu
DÜNYA FUTBOLU 29 May 2026 / 18:27 162
-  A +

İngiltərə millisinin keçmiş üzvü Kiran Trippyerin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl"dan ayrılan 35 yaşlı müdafiəçi Premyer Liqada oynamağa davam edəcək. O, "Vulverhempton"la razılaşıb. Tərəflər 2+1 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Trippyer 2022-ci ildən "Nyukasl"ın formasını geyinirdi. O, geridə qalan mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb və 4 mahsuldar ötürmə edib. İngiltərə millisinin sabiq üzvü "Tottenhem" və "Atletiko"da da oynayıb.


Son xəbərlər
topaz banner