“Qarabağ”a 4 qol vurmuşdu - “Barselona”ya keçir

“Qarabağ”a 4 qol vurmuşdu - “Barselona”ya keçir
DÜNYA FUTBOLU 28 May 2026 / 14:50 1238
-  A +

"Nyukasl"ın hücumçusu Entoni Qordon "Barselona"ya keçməyə yaxındır.

QOL.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü bu gün günortadan sonra Barselonaya gedəcək.

25 yaşlı futbolçu bu gün Kataloniya klubunda tibbi müayinədən keçəcək.

Əvvəllər "Barselona"nın Qordon üçün bonuslar da daxil olmaqla 80 milyon avrodan çox pul ödəyəcəyi bildirilirdi.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümündə Entoni Qordon "Nyukasl"ın heyətində ümumilikdə 46 matçda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qordon bu mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" matçında (1:6) 4 qol vurmuşdu.


Son xəbərlər
topaz banner