Misli Premyer Liqasına vəsiqə uğrunda “ölüm-dirim” oyunu - İlk qol

Misli Premyer Liqasına vəsiqə uğrunda “ölüm-dirim” oyunu - İlk qol
PREMYER LİQA 28 May 2026 / 19:10 4046
-  A +

Bu gün 2026/27 mövsümü Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşir.

QOL.az xəbər verir ki, pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gəlir. "Qəbələ" Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb. "Qəbələ" Misli Premyer Liqasında yerini qorumağa, "Mingəçevir" elitaya yüksəlməyə çalışır.

Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunacaq görüş saat 18:30-da start götürüb. Matçda VAR sistemi də tətbiq edilir.

Oyunu FİFA referisi Tural Qurbanov idarə edir.

18:30. "Qəbələ" - "Mingəçevir" - 1:0 (Birinci hissə)

Qol: Əkbər Eyubov, 36-avtoqol

Baş hakim: Tural Qurbanov

Sumqayıt "SOCAR Polymer Arena"

Daha çox


Son xəbərlər
topaz banner